Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Qaralama yazarları | Elmi qaralama

Qaralama yazarları


Tezliklə hər kəs qeydiyyatdan keçərək, qaralama yazarı olmaq imkanını əldə edəcək. Məqalələr moderator gözlənilməsindən keçiriləcək. Yerləşdirmək istədiyiniz məlumat qaralama meyarlarına uyğundursa, qəbuldur. Əks halda əziyyət çəkməyinizə dəyməz. 10 məqalədan sonra isə sizin haqqınızda məlumat bu səhifədə ola bilər.

  • Qeydiyyat müvəqqəti olaraq bağlıdır. Əgər gözləməyi xoşlamırsızsa və elə indicə qaralama yazarı olmaq istəyirsinizsə, saytın sahibinə müraciət edə bilərsiniz.

===============

asif-eminovMən - asif eminov (qaralamanın yaradıcısı; admin; yazar). 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. ATU-nun Tibbi Profilaktika fakültəsində 4-cü kurs tələbəsiyəm. İnternet aləminə 2006-ci ildən baş qoşdum və marağıma səbəb oldu. İlk blogumu blogspot sistemində (yuxulu) açsam da, sonra Azərbaycan dilində ilk blog sistemi olan Azəriblogda 2008-ci il aprel ayından yenidən blog açmaq (Olan və Bitən) qərarına gəldim. 2008-ci ilin oktyabr ayından isə nəsə yeni bir layihə, yeni bir sayt açmaq istədim… Və bu da QARALAMA. Sizin ixtiyarınızda…

  • Maraqlarım; çoxsuna maraqsız görünən hər şey. Pessimist bir insan. Abstrakt şeylərin hərisi. Hər şeyin incəliyində, daha dərinində gözləllik axtaran. Bəzi mənasız şeirlərin müəllifi. Kino (ən çox da elmi-fantastik, dəhşət), foto, art həvəskarı. Riski sevən. Sevdiyim idman alpinizm, ekstrim. Qulaq asdığım musiqilər; rock, elektron, etnik, bir də ki, H.O.S.T…
  • Bir sözlə mən asif. Sağalmağa meyli olmayan xəstə birisi. Dəlilər içində ağıllı, ağıllılar içində dəli. (daha ətraflı burada)
  • Tanrı insanı yaratdı, insan da tanrını.
  • Söz azadlıqdır, azadlıqsa hələki sözdür!
  • Bir də ki, məni məndən savayı kim anlayacaq?

===============

nasir-nesirliMən - Nasir Nəsirli (admin; yazar). 1988-ci ildə Zərdab rayonunda anadan olmuşam. Hal-hazırda ATU-nun Tibbi Profilaktika fakültəsində 4-cü kurs tələbəsiyəm.

  • Hamının az gördüyü şeyləri, çox görə bilən.
  • Ancaq məntiqi düşüncəyə əsaslanan insan.
  • Özünü nə hamıdan yüksək, nə də ki, aşağı hesab etmə.
  • İnsanlar bir-birindən ancaq idrak qabiliyyətinə görə fərqlənirlər.

===============

nagi-qasimovMən - Nağı Qasımov (Rüzgari). (yazar) 1987-ci ildə Bakıda anadan olmuşam. Uşaqlıqdan fizik olmaq istəmişəm və 2005-ci ildə BDU-nun fizika fakültəsinə daxil olmuşam. Hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsiyəm.

  • Maraqlarım; elm, texnika, təbiət, kompüter. Əvvəl dinlədiyim ifaçı Rafet El Roman. İndi heç kim. Tədricən dinə daha da bağlandım və bu maraqlardan daha vaciblərin olduğunu görməyə başladım. Ümumiyyətlə, tanınmaz qalmaq istəyən birisi…
  • Heç bir şeyə təsadüf demə, təsadüf olmur. Bəzən buna inanmaq çətin olur. Ətrafda olan hər şey de bir dəlildir.

Yazıldı: 06.02.2009. 20:17.

===============

Hələki bu qədər… Bu sıranın artması ümidilə keçək qaralamaya…

...

Comments are closed.