Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Web | Elmi qaralama

Əqli mülkiyyət hüquqlarının təminatı ©

Fevral 5, 2009 Yazdı: asif eminov  ? 

138 dəfə baxılıb.    6 Şərh

«Bu ildən başlayaraq 2012-ci ilə qədər, Azərbaycanda müəllif hüquqlarının müdafiəsi ilə bağlı dövlət proqramı həyata keçiriləcək». Bunu Respublika Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar, ölkədə müəllif hüquqlarının qorunması qurumun tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi hazırlanıb. «Qanunun əsas məqsədi ondan ibarətdir ki, 2005-2006-cı ilə qədər fəaliyyətdə olan dövlət proqramı piratçılığa qarşı daha da səmərəli işləyə bilsin. Qanunun bir xüsusi fəsli var ki, bu da inzibati addımlara aiddir. Qanun layihəsində gələcəkdə agentliyin nəzdində gələcəkdə əqli mülkiyyət mərkəzi yaratmaq və onun əsasında bazara çıxarılan, tərkibində əqli mülkiyyət olan malların hər birinin ekspertizadan keçirilməsi və onlara xüsusi holoqram yapışdırılması nəzərdə tutulub».

Mənbə: anspressmincom.gov.az

Sənin şrift seçimin

Dekabr 21, 2008 Yazdı: asif eminov  ? 

85 dəfə baxılıb.    Şərh yaz

Kompüterinizə təzə şriftlər istəyirsiniz? Şrift seçimində çətinlik çekirsiniz? Bəlkə elə istədiyiniz yazını müxtəlif şriftlərdə vizual görərək öz şrift seçimizni edəsiz? İndi isə keçək əsəs məsələyə…

Bugün inetdə şrift axtarışına çıxmışdım. Amma bu səfər qarşıma çıxan sayt başqa font saytlarından fərqli olaraq, sayta yüklənmiş şriftlərlə öz yazını görmək imkanı verir və beləliklə istədiyiniz yazını yazırsınız. Sonra saytda olan hər hansı bir şriftdə həmin yazını bəyənirsiniz və qərara alırsınız ki, məhz bu şrift sizə lazım idi. :) Və sonunda həmin şrifti yükləyirsiniz. Bu qədər… Məncə bu sistem haqqında çox danışmağa ehtiyac yoxdur. Yaxşısı budur daxil olub özünüz görəsiniz.

Ümid edirəm ki, bu saytdan özünüzə lazım olan şrifti asanlıqla tapa biləcəksiniz.

www.dafont.com

ps: Şəkili böyük ölçüdə görmək üçün üzərinə klikləyin.

Gravatar. Şərhlərdə şəkil

Dekabr 1, 2008 Yazdı: asif eminov  ? 

249 dəfə baxılıb.    21 Şərh

Salam, əziz oxucular. Bugün bu bölmədə sizə şərh yazanda şərhinizin qabağında necə şəkil yerləşdirməyi anlatmağa çalışacaq. Yəqin ki, bir çoxları bundan istifadə edəcək.

Belə bir sistem var ki, həmin sistemdə öz emailinizi qeydiyyatdan keçirdikdən sonra, bu sistemi dəstəkliyən saytlarda şərh yazdıqda, şərhinizin yanında şəkliniz görsənir.

İndi bunun üçün nə edəcəyini sizə addım-addım başa salmağa çalışacam. [Postun ardını oxu]