İndigo uşaqlar. Kimdir onlar?
Fevral 3, 2009 Yazdı: asif eminov ?
327 dəfə baxılıb. 5 Şərh
İndiyə qədər elm hesab edirdi ki, Homo Sapiens təkamülün ən yüksək dərəcəsidir.
Amma alimlər indi daha çox ehtimal edir ki, bizim öz növümüz də inkişaf mərhələsindədir. Söhbət indigo uşaqlardan gedir.
“İndigo uşaqlar” haqqında ilk dəfə amerikan ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə çıxardığı “İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar” kitabında qeyd etmişdir. Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə - tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indigo insanlar adlandırmışdır.
Aura (lat. aura- əsmə, külək, sovrulma) – ruhun təzahürü, insanın ruhu. Yüksək həssaslığa malik insanların adi insanların kənarları boyu (konturları boyu) parıldayan örtük görməsi kimi izah olunur.
İndigo uşaqlar adi uşaqlardan çox xüsusiyyətlərinə görə fərqlənirlər. Onlar qeyri-adi olmaqla yanaşı, çox vaxt tabeliliyi sevməyən, tənhalığa daha çox qapılan, nəyisə dərk edilməyə daha çox üstünlük verirlər. Onlar əksər insanları nə iləsə heyran qoymağı, özlərinə qarşı qorxu və maraq doğurmağı bacaran biriləridir. Bir sözlə onlar təbiətin sirridir. [Postun ardını oxu]
Fövqəlinsanlar
Yanvar 25, 2009 Yazdı: asif eminov ?
163 dəfə baxılıb. 1 Şərh
Elə insanlar var ki, onların elektromagnit sahəsi adi insanlardan yüz min dəfələrlə çoxdur. Belə “yüksəkgərginlikli” sindrom əsaslı olaraq ilk dəfə 1786-cı ildə qeyd olunub. Bu insanlar həmin anda sözün əsil mənasında özlərindən qığılcım buraxmağa, ətrafındakıları itələməyə və yaxud özünə çəkməyə başlayır.
“Elektrikli insanlar” fenomeni rəsmi ilk dəfə 1846-cı ildə öyrənilməyə başlandı. 15 yanvar 14 yaşlı gənc fransız Anjelina Koten 10 gün ərzində özündə qəribə bir vəziyyət hiss edir. Bu zaman qız hansısa əşyaya toxunduqda onu kənara atırdı. Cüzi olaraq əli və yaxud paltarının toxunamsı bəs edirdi ki, hətta ağır mebel belə bu cazibədən tərpənsin.
Bu hadisə ilə əlaqədar Fransız elmlər Akademiyasi xüsusi elmi-tədqiqat qruppası yaradır. Bu qrupda məhşur fizik Domenik Fransua Arago da var idi.
1846-cı ildə “Jurnal de Deba“-nın fevral nömrəsində bu tədqiqat barəsində hesabat verilir.
“… Yalan danışmaq fikrim yoxdur. Bu fenomen məni əməlli başlı çaşqınlıq içində qoydu… Və təkcə məni yox. İş ondadır ki, bugün elm insandakı elektrik hadisəsinin təbiəti haqqında acizdir. Əsas da başa düşülməyən, bu elektrikli insanlar kənardakılara qarşı təhlükə mənbəyi olsa da özlərinə qarşı heç də təhlükə daşımırlar. Bu hadisənin tədqiq ediləmsinə illər tələb olunacaq. Amma tədqiqat obyektləri fərqli olduğu üçün, müəyyən bir vahid nəticə çıxarda bilməyəcəyik”. (“elmi predmetlər haqqında məqalələr” kitabından) [Postun ardını oxu]
İzah olunmayan fenomenlər
Yanvar 6, 2009 Yazdı: nasir nesirli ?
247 dəfə baxılıb. 11 Şərh
Levitasiya
Dünyada çox sirrlər var ki, elm hələ ki, onları açmağa acizdir. Məsələn, fikri oxumaq qabiliyyəti, gələcəyi görmək,
telekinez, levitasiya və s. Tədqiqatçılar son vaxtlar belə güman edirlər ki, bu fenomenlər genetik təbiətlidir.
Əgər tarixi xronikaya inansaq, görərik ki, qədim zamanlardan bəri insanlarda xüsusi qeyri – adi bacarıqlar olmuşdur. Həmin insanlar öz istəklərindən aılı olaraq yer səthindən 10 – 50 sm hündürə qalxa bilirlərmiş. Bəzən isə, bu rəqəm 2 -3 metrə çatırdı. Bu fenomen levitasiya adlanır. Bəzən levitantlar döşəmənin səthində bir neçə dəqiqə “süzürmüşlər”.
Levitasiya bacarığı bir çox müqəddəslərdə də olmuşdur. Belə ki, Serafim Sarovski adlı ruhani ağır xəstələrə dua edən zaman tez – tez havaya qalxırmış. Rusiyanın Novqorod vilayətinin arxiyepiskopunun dəfələrlə Vayx çayının üzərindən keçməsi müşahidə edilmişdir. Hesab edilir ki, levitasiya qabiliyyəti insanın özü üzərində işləməsi, ruhi enerjini istiqamətlədirə bilməsi sayəsində mümkün olur. Bu sənət xüsusilə Şərqdə geniş yayılmışdır. Bəzi Nepal rahibləri hətta, mediativ texnikanın köməyi ilə öz bədənlərini külək sürətiylə hərəkət etdirə bilirlər.
Keçən yüzillikdə Monqolustana gələn ingilis tədqiqatçısı Robert Styuart gördüklərindən şox heyrətlənmişdir. O, ibadət zamanı rahibliyə hazırlanan adamlardan birinin çox yavaş sürətlə yerdən aralandığını gördü. Ümmiyyətlə düz və hərəkətsiz dayanan bu adam 3 metr hündürlüyə qalxdı və 5 dəqiqə bu vəziyyətdə qaldı. Sonra isə yenə yavaş sürətlə aşağıya endi.
Təəccüblüdür ki, bütün bunlar onların özü üçün adi bir şey sayılır. Tədqiqatçının bu barədə suallarına isə onlar cavab verməkdən imtina etdilər.
ABŞ – ın Avoya ştatında “Yoqa uçma klubu” adlı bir dərnək var. Arzu edən istənilən şəxs oraya üzv ola bilər. Təkcə alimlərdən və jurnalistlərdən başqa. Məşğələ zamanı iştirakçılar döşəkcə üzərində oturub xüsusi tapşırıqları yerinə yetirirlər. Meditasiya vəziyyətində onlar döşəmədəm yarım metrlik məsafəyə qalxırlar. Bu fenomeni tədqiq edən alim professor Erik Berqols əmindir ki, bu bacarıq insanın genetik yaddaşında saxlanılıb. Hansı ki, bu gen bizə ulu babalarımızdan gəlmişdir və süurun xüsusi mexanizmlərini “oyadır”.
Reinkarnasiya, yoxsa genetik yaddaş?
Nə üçün bəzi insanlar heç vaxt olmadığı yerləri dəqiqliklə xatırlayır? Tipik situasiya: Bir uşaq öz valideynlərinə əvvəllər haradasa yaşadığını, onu necə çağırdıqlarını da xatırlayır. Valideynlər uşağın dəqiqliklə göstərdiyi yerə gedirlər. Məlum olur ki, uşağın əvvəl “məni belə çağırırdılar” dediyi adlı adam bu ailədə həmin uşaq dünyaya gəlməmişdən bir az əvvəl vəfat edibmiş. Alimlər belə hesab edirlər ki, bəzən insanın ruhunun köçürülməsi baş verir. Yəni ölmüş insanın ruhu başqa bir körpədə yenidən doğulur.
Professor Eliyax Orot isə belə hesab edir ki, biz genlərimizdə saxlanılan “kollektiv şüursuzluq” adlı böyük informasiya ehtiyatı ilə əlaqə yaratmaq qabiliyyətindəyik.
Sovet fizioloqu Anoxin isə belkə hesab edirdi ki, insan orqanizmində susmuş genlər var ki, onlar da heç bir genetik informasiya ötürməyə xidmət etmir. Həmin genlər bizim həyatımızda baş verəcək hadisələri kodlaşdırır. Bu - genin yaddaşıdır. Ünsiyyət, əllə görüşmə, öpüş və s. Kimi təmas baş verdikcə DNT – dən təşkil olunmuş materiya hissələrinin mübadiləsi baş verir. Başqa sözlə, biz digər insanlardan genetik material toplayırıq. Adətən o özünü passiv aparır, lakin müəyyən şəraitdə aktivləşir. Bu zaman isə biz başqa insanların “talelərini xatırlayırıq”. Hətta həmin insan daha həyatda olmasa belə…
Mənbə: x-files
Həqiqət, yoxsa paradoksal illuziya?!
Dekabr 20, 2008 Yazdı: nasir nesirli ?
237 dəfə baxılıb. 12 Şərh
Alimlər çox maraqlı və inanılması çətin olan bir qənaətə gəliblər. Onların sözlərinə görə bir neçə min illər əvvəl Yer planetinin sakinləri ilə yadplanetlilər arasında nüvə müharibəsi olmuşdur. İlk baxışdan qəribə görünən bu nəzəriyyəni aşağıda sadalanan bir çox dəlillər təsdiq edir.
Birincisi, bizim planetin hər tərəfində güclü radiasiya mənbələri tapmaq mümkündür. Bu isə çoxlu mutasiyaların baş verməsinə, həmçinin təkgözlülüyə səbəb olur. Təsadüfi deyil ki, qədim zamanlardan bəri əksər xalqların nağıl və dastanlarında nəhənglər və təpəgözlər haqqında yazılar var.
İkincisi, radiasiya xromosom dəstlərinin ikiləşməsinə, bu da qiqantizmə və orqanların ikiləşməsinə səbəb olur: iki ürək, iki sırada yerləşmiş dişlər və s. Arxeoloqlar tez – tez iki sıra dişləri olan nəhəng canlıların skeletlərinə rast gəlirlər. [Postun ardını oxu]
3 gram ruh və inanılmaz enerji
Dekabr 10, 2008 Yazdı: asif eminov ?
194 dəfə baxılıb. 5 Şərh
Ruh sözün əsil mənasında hər bir insanda olur. Əslində ruh - zəif enerji cəmləşməsidir, hansı ki, bu enerjini astral vücud adlandırırlar. Bu astral vücud bədənimizə və ətrafdakı cisimlərə son dərəcə güclü təsir etmək qabiliyyətinə mailkdir. Hərdən elə olur ki, ruh insan yaşayan zaman onu tərk edir. Bu zaman insan öz dərrakəsini itirir. Bu zaman həmin insanın bədəni diri qalsa da, ətraf mühitə qarşı heç bir reaksiya vermir.
Bu sözləri Litvanın məşhur fizik-eskperimentatoru, təbiət elmləri doktoru Evgeniy Kumis (Eugenius Kumis) deyir və bunun sübutu kimi, ABŞ-ın Priston universitetində apardığı eksperimentlərin nəticələri olan sənədləri göstərir.
Mesələn: Orada bele bir eksperiment aparlıb. Son dərəcə yüngül kürələri müəyyən hündürlükdən dağıdırlar. Hər dəfə kürələr müəyyən hüdürlükdən yerə düşdükdə kamertona bənzər səslər çıxarır. Sonra isə həmin otağa ekstrahiss qabiliyyəti olan insan daxil edilir. Həmin ekstrahiss fikrini kürələrə cəmliyərək öz təxəyyülündə həmin kürələrin başqa cür səs çıxardığını təsəvvür edir. Bu zaman həqiqətən də kürələr yerə düşən zaman əvvəlki səsden fərqli sesler alınır. [Postun ardını oxu]





