İnsan beyni, yoxsa düşünən mikroçiplər?

Yanvar 4, 2009 Yazdı: nasir nesirli  

26 dəfə baxılıb.    Şərh yaz

Əsrimizə hansı adlar verilməmişdir: kosmos əsri, kimya əsri, kibernetika əsri – bu isə hansı elmin qabağa çıxmasından asılı olmuşdur. Çoxları isə artıq birinciliyi kibernetika ilə insan beyninin sərhəddində yaranan yeni elmə - evristikaya verirlər.

YUNESKO – nun məlumatına görə bütün dövrlərin mühüm kəşflər etmiş alimlərinin 9/10 – u XX əsrdə yaşamışdır. Bundan əvvəlki min illər ərzində, Aristoteldən Seçenova qədər bəşəriyyət kəşflərin yalnız 1/10 – ni etmişdir. XIX əsrin axırlarında yalnız 50 minə qədər insan elmi tədqiqatlarla məşğul olurdusa, artıq bu rəqəm 10 milyonlarla ölçülür. Bu sürət ən azından belə sabit qalsa 300 ildən sonra planet əhalisinin 95% - indən çoxu elmi tədqiqatla məşğul olacaq. Hər 10 ildən bir kəşflərin və ixtiraların sayı 2 dəfə artır. Biz indi əsrimizə kəşflər əsri versək düzgün olmazmı?!

Günbəgün inkişaf edən dünyada insan özünün əvəzedilməz köməkçisi olan kompüteri ixtira etmişdir. Bu kəşf təxminən ibtidai insanın od əldə etməsinə bərabər bir kəşf hesab olunur. Bugun insan həyatının elə bir sahəsi yoxdur ki orada komputer tətbiq olunmasın. Ağılagəlməz miqdarda informasiyanı yadda saxlayıb emal edən bu elektron köməkçilərimiz bizi həm işıqlı gələcəyə, həm də fəlakətə apara bilər.

XX əsr xeyli dərəcədə faktlar toplamağa – irəliyə əzəmətli sıçrayış üçün özül qoymağa getdi ki, bu da sağlam düşüncə baxımından qeyri – adi olan nisbilik nəzəriyyəsinin və ya antialəmin kəşfi ilə əlaqədardır. Fiziklərin özü də yaxşı mənada bu nəzəriyyəni “ağılsız” hesab etmişlər. Bununla belə, paradoksların artıq meydana çıxmasına baxmayaraq, bir çox alimlərin etirafına görə müasir elmin yeni, əhəmiyyətli nəzəriyyələrə ehtiyacı var.

Bunu isə komputerlər edə bilməz. XXI əsrə fantaziyaçı alimlər, ustalıqla və cəsarətli fikirlər yürüdən, köhnə nəzəriyyələrin qoyduğu qanunlardan uzaqlaşmağı, əvvəlki elmi arxada qoymağı bacaran insanlar lazımdır. Odur ki, əgər siz öz dövrünüzün böyük işlərinin iştirakçısı olmaq istəyirsinizsə geniş, emosional, yaradıcılıqla düşünməyi öyrənin. Yadda saxlayın ki, sizin güclü rəqibiniz və yaxın dostunuz olan “düşünən maşınlar” var.

Bəs necə edək ki, bu rəqiblər daha güclü olub bizi üstələməsinlər?!

Görünür, hər şeydən əvvəl başqa cür düşünməyi öyrənmək lazımdır. Bizim avtomat tərcüməçilərimiz, məlumat tapanlarımız olandan sonra böyük miqdarda məlumatları axtarıb beynimizi onlarla yükləməyə ehtiyac yoxdur. Biz diqqətimizi başqa məsələyə - elmin salnaməsini yox, onun prinsiplərini dərk etməyə, yeni təfəkkür metodlarını tapmağa çalışmalıyıq. Bilikləri əxz eləmək azdır(bunu cansız komputerlər də bacarır), düşünməyi də öyrənmək lazımdır.

Beynimizin qüdrəti, onun potensial imkanları çox böyükdür. Bəlkə də, insanda olan zehni qabiliyyətlərin 99% - i boş yerə sərf olunur. Bəşəriyyət öz varlığı ərzində düşünməyi hələ öyrənə bilməyib. Təlim sirrlərini açılması, psixikanın maraq olmadıqda, yeksənəklikdən yorulduqda dərhal fəaliyyətə başlayan müdafiə mexanizmlərinin dəf edilməsi müasir insanın intellektual səviyyəsinin başlıca imkanlarından biri olmalıdır.

Göründüyü kimi, ağlımızın taleyi öz əlimizdədir…

Mənzil başına birinci kimin, insanın ya komputerin birinci çatacağına gəldikdə isə bu suala kibernetikanın əsasını qoyan Norbert Viner belə cavab vermişdir: “Əgər insan maşından qabiliyyətsiz olarsa, əlbəttə, bu çox pisdir. Bunu isə insanın öz günahı ucbatından süqutu kimi qiymətləndirmək lazımdır”

Yumurta yoxsa toyuq?

Yanvar 1, 2009 Yazdı: asif eminov  

66 dəfə baxılıb.    10 Şərh

Bu sualı çox eşitmisiz. Amma əksər adam bunun cavabının olmadığını deyir. Onu deyə bilərəm ki, indiyə qədər bu sualı çox adama vermişəm (bəlkə də 200-dən çox). Bəziləri yumurta deyib, bəziləri toyuq. Bəziləri isə bunun cavabının olmadığı fikrini yürüdür. Heç bir kəs dediyi cavabı heç cürə izah edə bilmir. Onu da deyə bilərəm ki, bu sual ATU-nun müəllim-professor heyəti tərəfindən də cavabsız qarşılanıb. Amma mən sizə deyirəm ki, bu sual elə-belə çıxmayıb üzə. Əslində bunun məntiqi və asan cavabı var. İzah edə bilərəm. İndi isə sizin növbənizdir. Sadəcə deyəcəyiniz cavaba uyğun fikrinizi izah etməyə çalışın.

Sual: Birinci toyuq yaranıb, yoxsa yumurta?

Vanganın prognozları

Dekabr 31, 2008 Yazdı: asif eminov  

74 dəfə baxılıb.    6 Şərh

Əslən Osmanlı imperiyasında anadan olan Vanga (1911-1996) 12 yaşında ikən qasırğaya düşərək gözlərini itirmiş və 15 yaşından onda ekstrahiss qabiliyyəti inkişaf etmişdi. Ömrünün sonuna qədər onun yanına gələnlərin sayı milyonu keçmişdi. O, insanların xəstəlikləri barəsində məlumat verir, qarşısındakı insanin gələcəkdə onu nə gözləməsi haqqında xəbər verə bilir, onların talelərini oxuya bilirdi.

Aşağıda isə onun gələcək haqqında bəzi proqnozlarından nümunələr…

  • 2008 - 4 dövlət başcısına sui - qəsd. Hindistanda münaqişə. Bu 3-cü dünya müharibəsinin başlanmasının səbəblərindən biri olacaq.
  • 2010 - 3-cü dünya müharibəsinin başlanğıcı. Müharibə 2010-cu ilin noyabrında başlayacaq, 2014-cü ilin oktyabrında bitəcək. Müharıbə adi başlasa da, sonra  birinci nüvə silahı, ardınca kimyəvi silah tədqiq olunacaq.
  • 2011 - Radiaoktiv qalıqların düşməsi nəticəsində şimal yarımkürəsində bitki və heyvanat aləmi məhv olacaq. Sonra isə müsəlmanlar sağ qalan avropalılara qarşı kimyəvi müharibəyə başlayacaq. [Postun ardını oxu]

    Balığı kim saxlaylır?

    Dekabr 22, 2008 Yazdı: asif eminov  

    35 dəfə baxılıb.    18 Şərh

    Deyilənə görə  bu testi Albert Enşteyn tərtib edib.  Onun dediyinə görə bu testi dünya əhalisinin ancaq 2%-i həll edə bilər. Baxın, görün siz həll edə bilərsinizmi? Buyurun, sualla tanış olun.

    • Qaydalar:

    1. Beş fərqli rəngdə ev var.
    2. Hər evdə beş fərqli ölkədən adam yaşayır.
    3. Bu evlərdə yaşayan insanlar;
    -fərqli marka siqaret çəkirlər.
    -fərqli içkilər içirlər.
    -fərqli heyvanlar saxlayırlar.
    4. Siqaret, içki və heyvanlar tamamilə fərqlidir.

    • Verilən məlumat:

    1. İngilis qırmızı evdə yaşayır.
    2. İsveçli it saxlayır.
    3. Danimarkalı çay içir.
    4. Ağ evin solunda yaşıl ev var.
    5. Yaşıl evin sahibi qəhvə içir.
    6. Quş saxlayan Pall Mall siqaretiçəkir.
    7. Sarı evin sahibi Dunhill siqareti çəkir.
    8. Tam mərkəz evdə yaşayan süd içir.
    9. Norveçli birinci evdə yaşayır.
    10. Pişik saxlayanın evinin yanında yaşayan Blend siqareti çəkir.
    11. Dunhill siqareti çəkənin yanındakı evdə yaşayan at saxlayır.
    12. Blue Master siqareti çəkən pivə içir.
    13. Alman Prince siqareti çəkir.
    14. Mavi evin yanında yaşayan Norveçlidir.
    15. Su içənin qonşusu Blend siqareti çəkir.

    • Sual:

    Balığı kim saxlayır?

    12 pələng

    Dekabr 21, 2008 Yazdı: asif eminov  

    38 dəfə baxılıb.    5 Şərh

    Qaralamda məncə məntiq bölməsinə də ehtiyac duyulur. Bu da birinci sualımız. Sualımız belədir.

    Göstərilən şəkildə 12 pələngi tapmalısınız. Ümid edirəm tapacaqsınız. Şəkildə tapılan hər pələngə görə 1 bal qazanacaqsınız.  12 bal yığan “spinoza” titulunu qazanacaq. :D

    Şəkilin üzərinə klikləməklə ona böyük ölçüdə baxa bilərsiniz.

    Sonrakı səhifə »