Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Prognoz | Elmi qaralama

İnsanlarsız Yer kürəsi necə olardı?

Fevral 7, 2009 Yazdı: nasir nesirli  ? 

186 dəfə baxılıb.    3 Şərh

alan-weisman

Alan Weisman

Bir çox insanlar təsəvvür etməyi xoşlayırlar ki, onlar yer üzündə sonuncu insan olsun. Və bu zaman o necə hərəkət edərdi. Bəs əgər həqiqətən planetdə bütün insanlar bir andaca yoxa çıxsaydı nə baş verərdi? Belə bir situasiya Alan Vaysmanın (Alan Weisman)  “Bizsiz olan dünya” (“The World without us”) kitabında təsvir olunur.

withoutus

Təbiət isə, necə deyərlər, boşluğa tələsmir. Əgər insan yer üzündən istənilən səbəbdən yox olsa, istənilən halda yeni dominantlıq yaranacaq. Hansı ki, əmələ gələn yeni dominant ibtidai insanlar kimi silah düzəltməyə, meyvələr yetişdirməyə, danışmağa başlayacaq. Hərgah ki, bunun üçün yeni sivilizasiyaya milyon illərlə vaxt lazım gələcək. Vaysmanın fikirlərinə görə, bu yönümdə ən əhəmiyyətli yeri babuin meymunları tutardı. Çünki onlar beynin həcminə görə Homo sapiensə çox yaxındır.

2007_11_nydecay poland_warsaw

Yazıçı “Scientisic American” jurnalına verdiyi intervyüdə belə demişdir: “Əgər səhər durub görsən ki, yer üzündə səndən başqa heç kim qalmayıb, Manhetten “beton cunqli”yə, Nyu – York isə əsl meşəyə çevrilər.”
Bu prosesin baş verməsi isə təxminən aşağıdakı ardıcıllıqla baş verərdi:
el-mundo-magazine_twwu-lisbİnsanın yox olmasından;

  • 2 gün sonra – Nasoslarla daim Nyu – York metrosunda qrunt sularının sorulmaması nəticəsində tamamilə su ilə dolur.
  • 7 gün sonra – Nüvə reaktorlarının su təminatı pozulduğundan onlar partlayıb məhv olur.
  • 2 il sonra – Şəhərlərdə otlar və ağaclar meydana gəlir. İlk vəhşi fauna əlamətləri görünür. Ağacların kökləri kanalizasiya kollektorlarını dağıdır.
  • 4 il sonra – Qızdırıcı sistemləri sıradan çıxan binalar nizamsız qızıb – soyuma nəticəsində dağılmağa başlayır.
  • 5 il sonra – Nyu – York alov içindədir. İldırim zərbələri şəhərin böyük hissəsini məhv edir.
  • 20 il sonra – Küçələrin dağılması və su ilə dolması nəticəsində Manhettendə minlərlə xırda çaylar və bataqlıqlar meydana gəlir. Binalar tamamilə çöküb.
  • 300 il sonra – Davam konstruksiyaya malik məşhur Nyu – York körpüsü yalnız bu vaxtdan sonra dağılmağa başlayır…

Mənbə:В мире наука” elmi - informasiya jurnalı, 2008 N-9
Rəsmi websayt. www.sciam.ru

Vanganın prognozları

Dekabr 31, 2008 Yazdı: asif eminov  ? 

240 dəfə baxılıb.    9 Şərh

Əslən Osmanlı imperiyasında anadan olan Vanga (1911-1996) 12 yaşında ikən qasırğaya düşərək gözlərini itirmiş və 15 yaşından onda ekstrahiss qabiliyyəti inkişaf etmişdi. Ömrünün sonuna qədər onun yanına gələnlərin sayı milyonu keçmişdi. O, insanların xəstəlikləri barəsində məlumat verir, qarşısındakı insanin gələcəkdə onu nə gözləməsi haqqında xəbər verə bilir, onların talelərini oxuya bilirdi.

Aşağıda isə onun gələcək haqqında bəzi proqnozlarından nümunələr…

  • 2008 - 4 dövlət başcısına sui - qəsd. Hindistanda münaqişə. Bu 3-cü dünya müharibəsinin başlanmasının səbəblərindən biri olacaq.
  • 2010 - 3-cü dünya müharibəsinin başlanğıcı. Müharibə 2010-cu ilin noyabrında başlayacaq, 2014-cü ilin oktyabrında bitəcək. Müharıbə adi başlasa da, sonra  birinci nüvə silahı, ardınca kimyəvi silah tədqiq olunacaq.
  • 2011 - Radiaoktiv qalıqların düşməsi nəticəsində şimal yarımkürəsində bitki və heyvanat aləmi məhv olacaq. Sonra isə müsəlmanlar sağ qalan avropalılara qarşı kimyəvi müharibəyə başlayacaq. [Postun ardını oxu]

    Yaxın gələcəkdə bizi nələr gözləyir…

    Dekabr 1, 2008 Yazdı: nasir nesirli  ? 

    140 dəfə baxılıb.    9 Şərh

    Kim təsdiqləyə bilər ki gələcəkdə nə olacaq? Əlbəttə, heç kim..Ancaq hamı birmənalı olaraq inanmaqdadır ki, gələcək fövqəladi olacaq. Proqnozlar dəqiq olmasa da olar, ancaq fakt olaraq qalır. Gəlin bizi gələcəkdə gözləyənlər haqda proqnozlara diqqət yetirək:

    2015. Yeganə nəhəng qlobal şəbəkə

    2020. Beyin fəaliyyətini yüksəldən və gücləndirən preparatlar

    2025. Təm dəyərli qidanı əvəz edə biləcək preparatlar

    2030. Üçölçülü televiziya məişətdə

    [Postun ardını oxu]

    Texnoloji prognoz

    Dekabr 1, 2008 Yazdı: asif eminov  ? 

    33 dəfə baxılıb.    Şərh yaz

    İnformasiya və Kommunikasiya Nazirliyinin 3500 texnologiya mütəxəsisinə yönəldiyi suallar əsasında hazırlanan prognoza görə, kompüter istifadəçiləri 2015-ci ildə internet vasitəsilə xoş qoxular göndərə biləcəklər. Araşdırmaya görə, qoxunun necə göndərilməsini göstərən xüsusi kodlar olacaq. Həmin kodlardan istifadə edərək, arzulayanlar digər tərərfə istədikləri qoxuları yollayacaqlar. Eyni araşdırmada 2012-ci ildə cib telefonlarının iki ay “zaryatka”ya ehtiyac olmadan işləyəcəyi, 2015-ci ildə əsgərlərin su və güllə keçirməyən formalardan istifadə edəcəyi, 2018-ci ildə cərrahi əməliyyatlar aparan robotların xidmət göstərəcəyi və nəhayət, damarlarda hərəkət edərək xəstəliyi tapan “mikrorobotların” hazırlanacağı da göstərilir .

    Qeyd: məncə müzakirə olunsa, daha da maraqlı olar.