Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Məntiq | Elmi qaralama

Yerin mərkəzindən keçən boru

Mart 1, 2009 Yazdı: nasir nesirli  ? 

256 dəfə baxılıb.    13 Şərh

yer-kuresi Gəlin, belə bir suala cavab tapmağa çalışaq:

Əgər, Yer kürəsinin diametrindən(planetimizin ekvatordan ən uzun diametri 12750 km - dir)keçirə biləcəyimiz boru olsaydı, onu bu diametr boyunca tam yerləşdirə bilsəydik və onun öz tərəfimizdəki ucundan su töksəydik nə baş verərdi? Yəni, Bakıdan borunun bu ucundan su töksəydik, həmin su Los - Ancelesdən püskürərdimi?

Qeyd: Elə hesab edin ki, boru Yerin mərkəzindən keçərkən əriməyəcək və su yüksək tempuraturdan buxarlanmayacaq.

Aeroplan

Yanvar 17, 2009 Yazdı: asif eminov  ? 

110 dəfə baxılıb.    8 Şərh

Şəkilə böyük ölçüdə baxmaq üçün üzərinə bas

Salam, təklif edirəm məntiq bölümündə belə bir sual yerləşdirəsən:

“Təyyarə uçuşa hazırlaşır, bu zaman da hava limanı təyyarəyə qarşı eyni sürətlə hərəkət etsə təyyarə uçar ya yox”?

© Əfrasiyab Bədəlbəyli

ps: Əsrasiyab adını bilmədim nə qoyum, amma bəyənmədinsə, adını dəyişə bilərik.


Yumurta yoxsa toyuq?

Yanvar 1, 2009 Yazdı: asif eminov  ? 

331 dəfə baxılıb.    16 Şərh

Bu sualı çox eşitmisiz. Amma əksər adam bunun cavabının olmadığını deyir. Onu deyə bilərəm ki, indiyə qədər bu sualı çox adama vermişəm (bəlkə də 200-dən çox). Bəziləri yumurta deyib, bəziləri toyuq. Bəziləri isə bunun cavabının olmadığı fikrini yürüdür. Heç bir kəs dediyi cavabı heç cürə izah edə bilmir. Onu da deyə bilərəm ki, bu sual ATU-nun müəllim-professor heyəti tərəfindən də cavabsız qarşılanıb. Amma mən sizə deyirəm ki, bu sual elə-belə çıxmayıb üzə. Əslində bunun məntiqi və asan cavabı var. İzah edə bilərəm. İndi isə sizin növbənizdir. Sadəcə deyəcəyiniz cavaba uyğun fikrinizi izah etməyə çalışın.

Sual: Birinci toyuq yaranıb, yoxsa yumurta?

Balığı kim saxlaylır?

Dekabr 22, 2008 Yazdı: asif eminov  ? 

230 dəfə baxılıb.    26 Şərh

Deyilənə görə  bu testi Albert Enşteyn tərtib edib.  Onun dediyinə görə bu testi dünya əhalisinin ancaq 2%-i həll edə bilər. Baxın, görün siz həll edə bilərsinizmi? Buyurun, sualla tanış olun.

  • Qaydalar:

1. Beş fərqli rəngdə ev var.
2. Hər evdə beş fərqli ölkədən adam yaşayır.
3. Bu evlərdə yaşayan insanlar;
-fərqli marka siqaret çəkirlər.
-fərqli içkilər içirlər.
-fərqli heyvanlar saxlayırlar.
4. Siqaret, içki və heyvanlar tamamilə fərqlidir. [Postun ardını oxu]

12 pələng

Dekabr 21, 2008 Yazdı: asif eminov  ? 

67 dəfə baxılıb.    6 Şərh

Qaralamda məncə məntiq bölməsinə də ehtiyac duyulur. Bu da birinci sualımız. Sualımız belədir.

Göstərilən şəkildə 12 pələngi tapmalısınız. Ümid edirəm tapacaqsınız. Şəkildə tapılan hər pələngə görə 1 bal qazanacaqsınız.  12 bal yığan “spinoza” titulunu qazanacaq. :D

Şəkilin üzərinə klikləməklə ona böyük ölçüdə baxa bilərsiniz.