Möcüzəli gel qanı bir saniyəyə dayandırır

Alimlər təcrübə heyvanları üzərində nanotexnologiya sahəsində əldə edilmiş yeni məhlulu - geli tədqiq etmişlər və görmüşlər ki, o bir saniyə ərzində ixtiyari qanaxmanın qarşısını ala bilir. Bu gel öz-özünə qablanmaq qabiliyyətinə malik zülal molekullarından ibarət olduqları üçün, yaranı tez bir zamanda “yapışdıra” bilən quruluşu formalaşdırır. Bu quruluş bioloji paçalanmaya məruzdur. Əgər sübut olunsa ki, bu geldən insanlar üçün istifadə edilmesi heç bir ziyanlı fəsadlara səbəb olmayacaq, onda o, milyonlarla insan həyatını xilas etməklə yanaşı cərrahiyyə praktikası üçün əvəzolunmaz bir tapıntı olacaq.
Bu möcüzəli geni ilk dəfə 1991-ci ildə Massaçuri Texniki İnstitutunun bioloqu Şuquan Canomun başçılığı altında bir qrup mütəxəssis təcrübədən keçirmişlər. Bu alimlər bir neçə tip öz-özünə qablaşaraq nanoquruluş yarada bilən, zədəli toxumaları regenerasiya edən (təzələyən) materiallar yaratmışlar və dağ siçanı üzərində aparılan təcrübələr nəticəsində müəyyən etmişlər ki, bu zülal tərkibli maddələr bir anda təcrübə heyvanlarının beyinlərindəki qanaxmanın qarşısını alır. Bundan başqa, bu gel yaranı “yapışdırdıqda” ətraf toxumalara öz neqativ təsirini göstərmir. Hələlik bu gelin təsir mexanizmi aydınlaşdırılmayıb və insanlar üzərində onun təsiri yoxlanılmayıb.
Mənbə: Nanotexnologiya - A.M.Məhərrəmov, M.Ə.Ramazanov, L.İ.Vəliyeva (kitab)
Kök hüceyrələri
Dekabr 10, 2008 Yazdı: nasir nesirli
40 dəfə baxılıb. 3 Şərh
Tibb elmində çox geniş yayılmış belə bir ifadə var: sinir hüceyrələri hec vaxt bərpa olunmur. Lakin, bu hec də belə deyil..Kök hüceyrələri(ədəbiyyatlarda “sələf” və ya “ilkin” hüceyrə adı ilə də rast gəlinir)
insan orqanizminin istənilən hüceyrəsinə çevrilə bilər.
“Lazımsız DNT”lərin təkamüldə rolu
Dekabr 4, 2008 Yazdı: asif eminov
76 dəfə baxılıb. 23 Şərh

"Siçan embrionunda sürətlə inkişaf edən insan genomu ardıcıllığı, baş barmağın, biləyin və topuğun inkişafına səbəb olan genin aktiv idarə olunması".
Yale tədqiqatçıları , “Lazımsız DNT”nin insanın baş barmağının və ayağının təkamülündə aparıcı rol oynadığı fikrini irəli sürüblər.
İnsan genlərini ətraflı sürətdə izah edən 3 milyard genetik koddan, Yale alimləri insanin əmək qabiliyyətinə və şaquli yerişinə səbəb olan üzvlərdə təkamül dəyişikliklərinə səbəb ola biləcək “lazımsız hissəciyi” tapıblar. Science jurnalının xəbər verdiyine görə, insan, şimpanze, rezus makakasında və digər genlərdə aparılan müqayisəli analazilərin nəticələrinə əsasən, alimlər fərz edirlər ki, bizim təkamülümüzə səbəb təkcə genlərin ardıcılığında gedən dəyişikliklərlə yox, genlərin “lazımsız dnt” sahəsinin dəyişməsi nəticəsində də baş verib (bir vaxtlar genin bu sahələrini “lazımsız dnt” kimi düşünürdülər. Genin daxilinde olub, həmin genə məxsus zülalın yaranmasında iştirak etməyən hissə).
Yale universitenin genetika dosenti və tədqiqatların baş müəllifi James Noonanın dediyinə görə, apardığı tədqiqatların nəticələri əsasən “lazimsiz dnt“ni insanla meymunlar arasinda fundamental morfoloji dəyişikliklərə səbəb olacaq hissəcik kimi tanıyır. [Postun ardını oxu]
“Ölümdən sonrakı” həyat - krionizasiya
Dekabr 2, 2008 Yazdı: nasir nesirli
63 dəfə baxılıb. 8 Şərh
“Ölmüş” insanların, ağır xəstəliklərin və letal nəticələnə biləcək travmaların gələcəkdə müalicə etmək məqsədilə dondurulması və bir neçə ildən(bəzən də bir neçə onillərdən sonra) həyata qaytarılması, canlandırılması krionizasiya adlanır.
Tibb elmində belə bir anlayış var ki, əgər tənəffüs və ürək fəaliyyəti dayanırsa, daha doğrusu, bioloji ölüm baş verirsə, onda insanı həyata qaytarmaq mümkün deyil. Krionizasiya isə insanın həyat uğrunda mübarizəsində sonuncu “müdafiə qülləsi”dir. Əgər siz çox cavansınızsa, bu zaman krionizasiya həyatda qalmaq üçün yeganə ümid olur. Bugun artıq kliniki ölüm mərhələsində olan insanı uzun müddət tamamilə dondurmaqla həyatda saxlamaq mümkündür. Buna quru buzlu konteynerlərlə, ya da maye azotla işləyən kriostatlarla nail olunur. Belə vəziyyətdə uzun müddət qalan insanın orqanizmində heç bir ağırlaşma qeyd olunmur. Gələcəkdə isə nanotexnologiyalar vasitəsiylə demək olar ki, bütün zədələnmələrin, o cümlədən donma və qocalma zamanı, həmçinin ölümə səbəb olacaq istənilən zədələnmələri bərpa etmək mümkün olacaq. [Postun ardını oxu]
Biotexnologiyalar bizə nə vəd edir
Noyabr 28, 2008 Yazdı: nasir nesirli
24 dəfə baxılıb. Şərh yaz
Biotexnologiya təbiət və mühəndislik elmlərinin inteqrasiyası olub, müxtəlif məqsədlər üçün canlı orqanizmlərin həyat fəaliyyətlərinin öyrənilməsi, onların həyat fəaliyyəti məhsullarının istifadəsi, modifikasiyası haqqında elmdir. Hazırda biotexnologiya tibb, qida məhsullarının istehsalı, energetika sahəsi, ətraf mühitin mühafizəsi və elmi tədqiqatlarda uğurla tətbiq olunur.
Son onilliklər ərzində biologiya elminin inkişafı digər elmlərlə əlaqəli yeni istiqamətli digər elmlərin inkişafına təkan verir. Yeni kompleks istiqamət - biofiziki kimya, biokimya, molekulyar biologiya, genetika nəinki bir çox məsələləri həll etməyə, həm də bu elm qarşısında yeni bioməhsulların alınmasını da qoyur. Biotexnologiyanın intensiv inkişafa başladığı 1981 – ci ildən bəri bu elm həyatımızın bütün sahələrinə daxil olmağa başlayıb.
Biotexnologiya istiqamətində ilk addımlar 1814 – cü ildə atılıb. Belə ki, həmin ildə akademik K.Kirxhof biokatalitik yolla şəkərin alınmasına nail olmuşdur. 1891 – ci ildə isə ABŞ – da yapon biokimyaçısı Dz.Tokomine sənayedə istifadə məqsədilə fermantativ maddələri patentləşdirməyə nail olmuşdur.
[Postun ardını oxu]



