Möcüzəli gel qanı bir saniyəyə dayandırır

Dekabr 12, 2008 Yazdı: Ruzgari  

22 dəfə baxılıb.    Şərh yaz


Alimlər təcrübə heyvanları üzərində nanotexnologiya sahəsində əldə edilmiş yeni məhlulu - geli tədqiq etmişlər və görmüşlər ki, o bir saniyə ərzində ixtiyari qanaxmanın qarşısını ala bilir. Bu gel öz-özünə qablanmaq qabiliyyətinə malik zülal molekullarından ibarət olduqları üçün, yaranı tez bir zamanda “yapışdıra” bilən quruluşu formalaşdırır. Bu quruluş bioloji paçalanmaya məruzdur. Əgər sübut olunsa ki, bu geldən insanlar üçün istifadə edilmesi heç bir ziyanlı fəsadlara səbəb olmayacaq, onda o, milyonlarla insan həyatını xilas etməklə yanaşı cərrahiyyə praktikası üçün əvəzolunmaz bir tapıntı olacaq.
Bu möcüzəli geni ilk dəfə 1991-ci ildə Massaçuri Texniki İnstitutunun bioloqu Şuquan Canomun başçılığı altında bir qrup mütəxəssis təcrübədən keçirmişlər. Bu alimlər bir neçə tip öz-özünə qablaşaraq nanoquruluş yarada bilən, zədəli toxumaları regenerasiya edən (təzələyən) materiallar yaratmışlar və dağ siçanı üzərində aparılan təcrübələr nəticəsində müəyyən etmişlər ki, bu zülal tərkibli maddələr bir anda təcrübə heyvanlarının beyinlərindəki qanaxmanın qarşısını alır. Bundan başqa, bu gel yaranı “yapışdırdıqda” ətraf toxumalara öz neqativ təsirini göstərmir. Hələlik bu gelin təsir mexanizmi aydınlaşdırılmayıb və insanlar üzərində onun təsiri yoxlanılmayıb.

Mənbə: Nanotexnologiya - A.M.Məhərrəmov, M.Ə.Ramazanov, L.İ.Vəliyeva (kitab)