Alimlər “Allahın hissəciyi” axtarışında. LHC
Dekabr 3, 2008 Yazdı: asif eminov
69 dəfə baxılıb. 16 Şərh
Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir.
LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10×12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə ərazisində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. Maqnitlər 1.9K (-271C) temperaturda işləyəcək. LCHda 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS ve CMS Hiqqsin bozonları və “standart olmayan fizika”-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlyun plazmasının və kvark-qlyun mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etməkçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir. [Postun ardını oxu]
Bəşəriyyətin gələcəyi - nanotexnologiyalar
Noyabr 20, 2008 Yazdı: nasir nesirli
25 dəfə baxılıb. Şərh yaz
“Nanotexnologiya” termini ilk dəfə olaraq 1974 -cü ildə Norio Taniquti tərəfindən işlədilib. Lakin ondan da əvvəl 1959-cu ildə Riçard Feynman özünün “Aşağıda yer çoxdur” adlı məqaləsində nanotexnoloji metodlar haqqında məlumat vermişdi. O, təklif edirdi ki, öz kiçik surətini yaradan mexanizm qurulsun. Yaradılmış mexanizm adekvat hərəkəti davam etdirsin və nəticədə həmin surətlər bir atomun ölçüsündə olsun. Sonra həmin mexanizm ayrı-ayrı atomlardan öz surətlərini toplayaraq makroəşyalar yaratsın. Bütün bunları deməklə R.Feynman bir məqsəd güdürdü, insan əməyi az sərf olunsun, istehsalatın həcmi isə sürətlə artsın. [Postun ardını oxu]



