Kosmosun ən cəlbedici 9 şəkili
Dekabr 8, 2008 Yazdı: asif eminov
19 dəfə baxılıb. 2 Şərh
- Saturn halqası (arxa tərəfdən)
Biz əksərən Saturunun halqalarını Günəş onları işıqlandiran hissədən görə bilirik. Bu isə arxa tərəfdən kosmik gəmi Cassini ilə çəkilmiş şəkildir.
Etibarlılıq: Cassini Imaging Team SSI JPL ESA NASA
Yadplanetlilərin axtarışında
Dekabr 3, 2008 Yazdı: asif eminov
29 dəfə baxılıb. 7 Şərh
Berkli Universitetinin astrofiziki Devid Andersonun sözlərinə görə hal-hazırda yerdənkənar sivilizasiyanın axtarışında tətbiq olunan ən başlıca metod kosmosdan gələn radio siqnalların qeydiyyat və analizidir. Bütün informasiyalar Puerto-Riko adasındakı Aresibo rayonundakı yerləşdirilmiş dünyanın ən nəhəng radioteleskopundan daxil olur. Alimlərin başlıca vəzifəsi kütləvi radiosiqnalların axınından yalnız gəlmələr tərəfindən göndərilənləri seçib götürməkdir. Lakin nəhəng ölçüyə malik informasiya axını ilə bacarmaq hətta ən güclü super kompüterlərə də nəsib olmur. [Postun ardını oxu]
Günəş sistemindən kənarda yeni planetlər tapıldı
Noyabr 15, 2008 Yazdı: nasir nesirli
32 dəfə baxılıb. 2 Şərh
Bir qrup astronom alimlər Günəş sistemindən kənarda, Yerdən 130 işıq ili məsafədə yerləşən 3 yeni planet kəşf ediblər. Onların sözlərinə görə bu planetlər Günəş sisteminin ən böyük planeti sayılan Yupiterdən 5 - 13 dəfə böyükdür. [Postun ardını oxu]
İnsan orqanizmi radiasiya ilə mübarizə aparır
Noyabr 13, 2008 Yazdı: nasir nesirli
13 dəfə baxılıb. 3 Şərh
“D vitamininin aktiv forması olan kalsitrol insanı aşağı intensivlikli radiasiya şüalanmasından qoruya bilir.” Bu barədə Nyu – York Sağlamlığı Mühafizə departamentinin radioloqu Daniel Xeysin(Daniel Hayes) “International Journal of Low Radiation” jurnalında çap olunmuş məqaləsində qeyd olunub.
Daniel Xeysin sözlərinə görə, kalsitrol hüceyrənin radiasiyadan mühafizə sistemlərinin açarı kimi çıxış edir. Belə ki, D vitamini reseptorlarını aktivləşdirərək immun reaksiyaları stimullaşdırır, həmçinin qoruyucu zülalların sintezinə təkan verir.
Bioloqlar və farmaseftlər insanı radioaktiv şüalanmadan qorunması ilə əlaqədar uzun illərdir ki təcrübələr aparırdılar. Onu da qeyd edək ki, uzunmüddətli radioaktiv şüalanma hüceyrələrin DNT – sini zədələyir ki, bu da bədxassəli törəmələrin, əsasən də xərçəngin meydana çıxması ilə nəticələnir. [Postun ardını oxu]
Qara dəliklər və zamanla səyahət
Noyabr 9, 2008 Yazdı: nasir nesirli
11 dəfə baxılıb. Şərh yaz
Yəqin çoxlarınız bu haqda eşitmisiniz. Kainat, qara dəliklər… Hamımız üçün müəmmalı olan bir reallıq…
Qara dəliklər haqqında ilk məlumat 19 – cu əsrdə meydana gəlmişdir. Dahi alman alimi Albert Eynşteynin nisbilik nəzəriyyəsindən sonra bu haqda daha çox danışılmağa başlandı.
Görəsən həqiqətdə qara dəlik nədir və o mövcuddurmu?!






