Başqa planetdə daha çox yaşaya bilərikmi?
Aprel 10, 2009 Yazdı: nasir nesirli ?
89 dəfə baxılıb. 4 Şərh
Alimlər insanın potensial yaşama imkanı qiymətləndiriblər. Bu, təxminən 150 – 170 ilə bərabərdir. Bu müddət həm orqanizmin bioloji xüsusiyyətlərindən, həm də planetimizin bir çox xassələrindən asılıdır. Məs.; Yerin Günəş ətrafında fırlanma periodu. Sualım isə belədir: Əgər insanın öz ulduzu ətrafında fırlanma periodu Yerdən fərqli olan bir planetdə yaşamaq imkani olsaydı (bütün şəraiti, fiziki və həndəsi xassələri Yer kürəsi ilə eyni olan) onun ömür uzunluğunda dəyişiklik olardımı? Fikirlərinizi əsaslandırın.
İnsan bütün dünyanın sirrini öyrənə bilərmi?
Bir dəfə bir ateistlə mübahisəm düşdü. O dedi ki, insan istəsə bütün dünyanın sirlərini öyrənər, bütün elmləri bilər. Sözün düzünə bu mənə bir qədər sadəlövh və absurd gəldi. Ona görə ki:
1. İnsan bütün dünyanı duyğu üzvləri və beyni vasitəsilə qavrayır. Belə olduqda o hətta düzgün qavrasa belə, duyğu üzvlərindən kənarda olan şeyləri qavraya bilmir. Əgər hər hansı bir proses özünü vizual, səs, taktil, dad, iy hissiyyatı ilə biruzə vermirsə biz ondan kənarda qalırıq.
2. İnsan intellekti, İQ-sü özü də məhduddur. Məsələn, debil(ağıl zəifliyi olan insan) bizim bir çox qavradıqalarımızı ömrünün sonuna qədər çalışsa da qavraya bilməz. Məgər buradan belə çıxmırmı ki, biz də nələrisə ömrümüzün sonuna qədər qavraya bilməyəcəyik?
3. Bizim öyrəndiklərimizin həqiqətən elm yoxsa illüziya olduğunu belə bilmirik.
Amma mən o ateisti başa sala bilmədim.
İslama görə qeybi yalnız ALLAH bilir. Bu mövzuda bir sıra anlaşılmazlıqlar var. İlk öncə onu deyim ki, fikir vermişəm ki, bir çox dindarlar, o cümlədən də ateistlər bu kəlməni yanlış anlayırlar. Belə qəbul edirlər ki, islam elmdə yeniliklər eləməyi düzgün hesab etmir, və ya nəyisə öyrənmək istəyinə qarşı çıxır. Amma ki, bu ayə olan surəni şəxsən özüm Qurandan tam oxuduqdan sonra mənasını dərk etdim(əslində orada hər şey çox aydın yazılmışdı). Həqiqətən də elə şeylər var ki, biz onu lap çox istəsək də tam dərinliyi ilə anlaya bilmirik. Çünki buna İQ-üz çatmır, həm də duyğu üzvlərimiz onları bizə çatdırmaq iqtidarında deyil.
- Bəs sizin fikrinizcə insan nəyi və nə qədər öyrənə bilər?
Qeyri-molekulyar quruluşlu materiya
Yanvar 30, 2009 Yazdı: asif eminov ?
253 dəfə baxılıb. 18 Şərh
Ruzigarımın rənglərin əmələ gəlməsi postundakı şərhlərindən biri…
Ruzigarim yazdı:
Yanvar 13th, 2009 at 00:17
Mənim bir təklifim var, Asif.
Belə bir mövzu qoyaq.
-Əgər qeyri-molekulyar quruluşlu materiyanın başqa formasından (Mendeleyev dövri cədvəlindəki elementlərdən deyil) - təmiz enerjidən şüurlu canlı əmələ gəlsəydi o necə olardı, harda yaşayardı, bunun üçün bizim 4-ölçülü sistem bəs edərdimi, yoxsa daha çoxölçülü bir sistem lazım olardı?
Enerji. İlkin başlanğıc. Foton. Dalğalar.
Yanvar 11, 2009 Yazdı: asif eminov ?
7,756 dəfə baxılıb. 32 Şərh
Bu postun yerləşdirilməsi “elmi-kreativ müzakirə“də olan “rənglərin əmələ gəlməsi” sualının (postunun) başqa tərəfə yönəlməsi, mövzudan kənara çıxmalar, müzakirənin daha dərinə getməsi səbəb oldu. Məncə bu post da həmin post kimi reyting qazana biləcək (ən azından tənqidə çoc məruz qalar). Burdakı yazılar “olmuyan bir şeyə” bəzi “kiçik” insanların öz şəxsi düşüncələri kimi baxa bilərsiniz. Elə bu bölmənin də məqsədi budur. (Bəlkə elə həqiqət budur? Kim bilir?)
Rənglərin əmələ gəlməsi >> Müzakirədən köçürülən bəzi şərhlər >> Rənglərdən elektrona >>
=======
Təkamül haqqında düşüncəm…
Dekabr 8, 2008 Yazdı: asif eminov ?
447 dəfə baxılıb. 32 Şərh
“Fikrimcə regress yoxdur, ancaq progress var. Regress isə progressin bir formasıdır“.
Bəzilərimiz təkamülü qəbul etmirik. Bəzilərimiz təkamül deyəndə ancaq darvinizm yada düşür, insan-meymun və s. Mənsə bu bəzilər kimi darvinizmi qəbul etməsəm də, təkamülə həddsiz inanlardanam və bu təkamülü görürəm. Təkamül hər yerdədir, sadəcə gözümüzü açıb yaxşıca baxmırıq. Müşahidələr aparmırıq.
Ətrafımızda gördüyümüz hər bir canlı hər an öz təkamülünü yaşamaqdadır. Tək canlılar yox, bütünlüklə materiya adlandırdığımız hər şey öz təkamülündədir. Təkamül olmasa heç vaxt irəliləyiş ola bilməz. Təkamül hər şeyin başlanğıcı və sonudur.
İndi isə keçək canlıların təkamülünə. Kimi deyir təkamül deyilən şey yoxdur və yaxud ola bilməz. Zennimce hal-hazırda gördüyümüz hər bir canlı olduğu kimi heç vaxt yarana bilməz. Bunun üçün milyon illər tələb olunub, hamısının da səbəbkarı özləridir. Yaşamaq üçün mübarizə. Budur təkamülün əsas aləti. Hər bir canli yaşaması üçün təkmilləşir. Təkmilləşir ki, yeni şəraitə, yeni həyata uyğunlaşsın. Əks halda həmin canlını yalnız ölüm gözləyir. Səhv etmirəmsə darvinizm -ali canlı ondan bir pillə aşağı olan canlıdan yarandığını anlatmağa calışır. Hər bir canlının təkmilləşməsində əsas rolu mutasiya oynayır. Organizm yeni bir şəraitə düşür, düşdüyü şəraitə uyğunlaşmaq istəyir (yaşamaq uğrunda mübarizə). Çox hallarda uyğunlaşır. (Yalnız zəiflər sıradan çıxa bilər. Güclülər qalib gəlir. Yaşamaq uğrunda mübarizənin əsas qanunu budur). Buna səbəbsə həmin organizmdə baş verən mutasiyalardır. Ola bilər ki, bu mutasiyalar özünü büruzə verməsin. (Bu o demək deyil ki, həmin organizmin genetik aparatında dəyişiklik baş vermədi). Çünki həmin mutasiya organizmdə büruzə olunmaq üçün çox kiçik ola bilər. Amma necə deyərlər “damla-damla göl olar”. [Postun ardını oxu]





