Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Genetika | Elmi qaralama

“Lazımsız DNT”lərin təkamüldə rolu

Dekabr 4, 2008 Yazdı: asif eminov  ? 

183 dəfə baxılıb.    23 Şərh

Siçan embrionunda sürətlə inkişaf edən insan genomu ardıcıllığı,  baş barmağın, biləyin və topuğun inkişafına səbəb olan genin aktiv idarə olunması.

"Siçan embrionunda sürətlə inkişaf edən insan genomu ardıcıllığı, baş barmağın, biləyin və topuğun inkişafına səbəb olan genin aktiv idarə olunması".

Yale tədqiqatçıları , “Lazımsız DNT”nin insanın baş barmağının və ayağının təkamülündə aparıcı rol oynadığı fikrini irəli sürüblər.

İnsan genlərini ətraflı sürətdə izah edən 3 milyard genetik koddan, Yale alimləri insanin əmək qabiliyyətinə və şaquli yerişinə səbəb olan üzvlərdə təkamül dəyişikliklərinə səbəb ola biləcək “lazımsız hissəciyi” tapıblar. Science jurnalının xəbər verdiyine görə, insan, şimpanze, rezus makakasında və digər genlərdə aparılan müqayisəli analazilərin nəticələrinə əsasən, alimlər fərz edirlər ki, bizim təkamülümüzə səbəb təkcə genlərin ardıcılığında gedən dəyişikliklərlə yox, genlərin “lazımsız dnt” sahəsinin dəyişməsi nəticəsində də baş verib (bir vaxtlar genin bu sahələrini “lazımsız dnt” kimi düşünürdülər. Genin daxilinde olub, həmin genə məxsus zülalın yaranmasında iştirak etməyən hissə).

Yale universitenin genetika dosenti və tədqiqatların baş müəllifi James Noonanın dediyinə görə, apardığı tədqiqatların nəticələri əsasən “lazimsiz dnt“ni insanla meymunlar arasinda fundamental morfoloji dəyişikliklərə səbəb olacaq hissəcik kimi tanıyır. [Postun ardını oxu]