Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Tibb | Elmi qaralama

Meditasiya beynin həcmini artırır?!

May 20, 2009 Yazdı: nasir nesirli  ? 

59 dəfə baxılıb.    1 Şərh

2468_23132655 Müntəzəm meditasiya beynin emosiyaya cavabdeh olan mərkəzlərinin ölçüsünü artırır. Bu fikri Kaliforniya universitetinin alimləri səsləndiriblər. Tədqiqatın nəticələri isə NeuroImage elmi jurnalında nəşr olunub.

Tədqiqatcılar maqnit – rezonans tomoqrafiyası vasitəsilə 2 qrup insanların beyinlərini muşahidə etmişlər. Birinci qrupa daxil olan insanlar meditasiya ilə müntəzəm məşğul olanlar, ikinci qrupa isə məşğul olmayan insanlar daxil edilmişdir. Birinci qrup insanların beyinlərinin hippokamp, talamus və orbitafrontal kök nayihələri(bu mərkəzlər insanın emosiyalarının formalaşmasənda iştirak edir) digər qrupdakı insanların analoji mərkəzlərinin ölçülərindən nəzərəçarpacaq qədər böyük olmuşdur.

Tədqiqat qrupunun rəhbəri Eylin Luders(Eileen Luders) isə belə deyir: “Meditasiyanın insanın emosiyalarına təsir etdiyi bizə məlum idi. Bununla məşğul olan insanlar özündə yüksək emosiya yaradır, ruhi rahatlıq əldə edir. Bizim növbəti tədqiqatlar meditasiya ilə bağlı qaranlıq məqamlara işıq sala bilər.”

Ancaq alimlər hələ beynin həcminin niyə və necə artması suallarına cavab tapa bilmirlər.

Mənbə: Scienceblog.ru

Molekulyar nanorobot yaradıldı

Yanvar 12, 2009 Yazdı: nasir nesirli  ? 

101 dəfə baxılıb.    1 Şərh

Oksford universitetinin bir qrup tədqiqatçı alimləri DNT spiralı üzərində sərbəst hərəkət edən molekulyar konstruksiya yaratmışlar. Bu barədə “New Scientist” jurnalında məlumat verilir.

Müəyyən hüceyrədaxili strukturlar üzərində hərəkət edən molekullar alimlərə çoxdan məlum idi. Məsələn, DNT teli üzərində “gəzən” DNT – polimeraza fermenti bu molekulun surətini çıxarır. Hərəki molekullar olan dinein və kinezin hüceyrə daxilinə lazım olan “yük”ləri daşıyır. [Postun ardını oxu]

İnsanın hiss və duyğuların oxunması

Yanvar 10, 2009 Yazdı: nasir nesirli  ? 

93 dəfə baxılıb.    1 Şərh

Yaponiyanın Osaka şəhərində yerləşən informasiya və texnologiyalar instutunda (National Institute of Information and Communications Technology NICT) çox maraqlı bi elmi tədqiqatın nəticələri açıqlanıb. Belə ki, yeni texnologiya sayəsində yapon alimləri insanın hiss və duyğuları qeydə almağa müvəffəq olmuşlar. 3 illik tədqiqatlardan sonra baş beyində yaranan hissləri görmə və qrafik obrazlar şəklində  qeydə almaq mümkün olub.  Bu texnologiyanı nitqini itirmiş və iflicdən əziyyət çəkən insanlarda tətbiq etmək mümkün olacaq.

Mənbə: “РИА Новости” informasiya agentliyi

Möcüzəli gel qanı bir saniyəyə dayandırır

Dekabr 12, 2008 Yazdı: Ruzgari  ? 

61 dəfə baxılıb.    1 Şərh

nanotech_iAlimlər təcrübə heyvanları üzərində nanotexnologiya sahəsində əldə edilmiş yeni məhlulu - geli tədqiq etmişlər və görmüşlər ki, o bir saniyə ərzində ixtiyari qanaxmanın qarşısını ala bilir. Bu gel öz-özünə qablanmaq qabiliyyətinə malik zülal molekullarından ibarət olduqları üçün, yaranı tez bir zamanda “yapışdıra” bilən quruluşu formalaşdırır. Bu quruluş bioloji paçalanmaya məruzdur. Əgər sübut olunsa ki, bu geldən insanlar üçün istifadə edilmesi heç bir ziyanlı fəsadlara səbəb olmayacaq, onda o, milyonlarla insan həyatını xilas etməklə yanaşı cərrahiyyə praktikası üçün əvəzolunmaz bir tapıntı olacaq. [Postun ardını oxu]

Kök hüceyrələri

Dekabr 10, 2008 Yazdı: nasir nesirli  ? 

95 dəfə baxılıb.    3 Şərh

Tibb elmində çox geniş yayılmış belə bir ifadə var: sinir hüceyrələri hec vaxt bərpa olunmur. Lakin, bu hec də belə deyil..Kök hüceyrələri(ədəbiyyatlarda “sələf” və ya “ilkin” hüceyrə adı ilə də rast gəlinir)

insan orqanizminin istənilən hüceyrəsinə çevrilə bilər.

[Postun ardını oxu]

Sonrakı səhifə »