Molekulyar nanorobot yaradıldı
Yanvar 12, 2009 Yazdı: nasir nesirli ?
101 dəfə baxılıb. 1 Şərh
Oksford universitetinin bir qrup tədqiqatçı alimləri DNT spiralı üzərində sərbəst hərəkət edən molekulyar konstruksiya yaratmışlar. Bu barədə “New Scientist” jurnalında məlumat verilir.
Müəyyən hüceyrədaxili strukturlar üzərində hərəkət edən molekullar alimlərə çoxdan məlum idi. Məsələn, DNT teli üzərində “gəzən” DNT – polimeraza fermenti bu molekulun surətini çıxarır. Hərəki molekullar olan dinein və kinezin hüceyrə daxilinə lazım olan “yük”ləri daşıyır. [Postun ardını oxu]
Möcüzəli gel qanı bir saniyəyə dayandırır
Alimlər təcrübə heyvanları üzərində nanotexnologiya sahəsində əldə edilmiş yeni məhlulu - geli tədqiq etmişlər və görmüşlər ki, o bir saniyə ərzində ixtiyari qanaxmanın qarşısını ala bilir. Bu gel öz-özünə qablanmaq qabiliyyətinə malik zülal molekullarından ibarət olduqları üçün, yaranı tez bir zamanda “yapışdıra” bilən quruluşu formalaşdırır. Bu quruluş bioloji paçalanmaya məruzdur. Əgər sübut olunsa ki, bu geldən insanlar üçün istifadə edilmesi heç bir ziyanlı fəsadlara səbəb olmayacaq, onda o, milyonlarla insan həyatını xilas etməklə yanaşı cərrahiyyə praktikası üçün əvəzolunmaz bir tapıntı olacaq. [Postun ardını oxu]




