Ən sürətli prosessor
May 20, 2009 Yazdı: nasir nesirli ?
55 dəfə baxılıb. Şərh yaz

Yaponiyanın “Fujitsu” yüksək texnologiyalar şirkəti saniyədə 128 milyard (128 GHz) əməliyyat həyata keçirən mərkəzi prosessor istehsal etdiyini bəyan edib. Bu göstərici prosessor istehsalı nəhəngi sayılan “Intel” şirkətinin ən güclü mikrosxeminin potensialından 2.5 dəfə çoxdur.
Yapon istehsalcısı bu nailiyyəti miniaturləşmə, 4-dən 8-ə qədər sxemin 2 santimetrlik mikrosxemdə inteqrasiyalasması sayəsində əldə etmişdir. “Venus”(Venera) adlandırılan mikrosxem enerijini digər prosessorlara nisbətən az sərf edir ki, bu da onu rəqibsiz edən daha bir amildir.
Analitiklər əmindirlər ki, bu prosessorların köməyi yeni dərmanlar əldə etmək, zəlzələləri qabaqcadan xəbər vermək, yeni kosmik raketlərin istehsalı mümkün olacaq. Bununla belə, bu mikrosxem portativ cihazlara da gedəcək ki, bu da avtomobillərin sinxronizasiyasına, onların sürücüsüz idarə edilməsinə imkan verəcək.
Mənbə: “Novosti Mail.ru”
Elektron mikroskopların yeni erası
Aprel 10, 2009 Yazdı: nasir nesirli ?
65 dəfə baxılıb. 2 Şərh
Yaponiyanın Naqoya şəhərində alimlər çox güclü elektron mikroskopun yaradılması üzərində işləyirlər. Bu mikroskop dünyada ilk mikroskop olacaq ki, hansı ki bunun köməyi ilə reaksiyaya girən atomların da hərəkətini görmək mümkün olacaq. Bu isə təxminən nanometr səviyyəsində (1 nm = 10-9 m) baş verən proseslərdir.
Bu qədər görmə dəqiqliyi milyon volt gərginlikli sabit elektrik cərəyanının hesabına şüalandırılan elektron selinin sayəsində əldə edilmişdir. Kompüterlə əlaqələndirilmiş bu laborator sistem həmçinin kimyəvi reaksiyaların gedişini monitorda göstərmək, 3D şəkillərin çəkilməsini qabiliyyətinə malik olacaq.
Yapon mətbuatının məlumatına əsasən hökümət bu layihəyə 2 milyard yapon ieni(20 milyon ABŞ dolları) ayırıb. Bu nəhəng mikroskopun ölçüsü isə 7.5 metrdən çoxdur. Alimlərin çoxdan bəri gözlədiyi bu mikroskop il yarımdan sonra hazır olacaq.
Kontakt linzalarda televizor
Fevral 13, 2009 Yazdı: asif eminov ?
101 dəfə baxılıb. 4 Şərh
Bir neçə ildən sonra televizor programlarına kontakt lizaları vasitəsilə baxmaq imkanı olacaq. Bu barədə Britaniya qəzeti The Daily Mail xəbər verir. Mütəxəsislərin fikrinə görə, ilk baxışdan fantastik görünən bu fikirlər artıq reallaşmaq üzrədir. Bu kiçik televizor vasitəsilə təkcə xəbərlərə yox, müxtəlif əyləncəli verlişləri izləmək, kinolara baxmaq imkanı da olacaq. Bu linza televizorlar enerjini insan bədənin temperaturundan alacaq, kanalların dəyişilməsi isə səsli əmrlərlə və yaxud müxtəlif jestlərlə mümkün olacaq. Futurolog Yan Pirsonun dediyinə görə: “Siz sadəcə səhər durub onu gözünüzə taxmaq və günün axırında çıxartmaq bəs edəcək”.
Qeyd: Bir neçə saytlardan oxuduğum məlumata görə, bu linza televizorlara internetə qoşulma imkanı və görüntülü danışmaq imkanı da əlavə olunacaq. Bir sözlə hər bir şəxs bu linza vasitəsilə müxtəlif əmrlər verməklə internetə daxil olmaqla istənilən məlumatı almaq, dünyanın istənilən nöqtəsinə zəng etmək imkanı əldə edəcək.
İnsanın hiss və duyğuların oxunması
Yanvar 10, 2009 Yazdı: nasir nesirli ?
93 dəfə baxılıb. 1 Şərh
Yaponiyanın Osaka şəhərində yerləşən informasiya və texnologiyalar instutunda (National Institute of Information and Communications Technology NICT) çox maraqlı bi elmi tədqiqatın nəticələri açıqlanıb. Belə ki, yeni texnologiya sayəsində yapon alimləri insanın hiss və duyğuları qeydə almağa müvəffəq olmuşlar. 3 illik tədqiqatlardan sonra baş beyində yaranan hissləri görmə və qrafik obrazlar şəklində qeydə almaq mümkün olub. Bu texnologiyanı nitqini itirmiş və iflicdən əziyyət çəkən insanlarda tətbiq etmək mümkün olacaq.




