Enerji. İlkin başlanğıc. Foton. Dalğalar.
Yanvar 11, 2009 Yazdı: asif eminov ?
7,772 dəfə baxılıb. 32 Şərh
Bu postun yerləşdirilməsi “elmi-kreativ müzakirə“də olan “rənglərin əmələ gəlməsi” sualının (postunun) başqa tərəfə yönəlməsi, mövzudan kənara çıxmalar, müzakirənin daha dərinə getməsi səbəb oldu. Məncə bu post da həmin post kimi reyting qazana biləcək (ən azından tənqidə çoc məruz qalar). Burdakı yazılar “olmuyan bir şeyə” bəzi “kiçik” insanların öz şəxsi düşüncələri kimi baxa bilərsiniz. Elə bu bölmənin də məqsədi budur. (Bəlkə elə həqiqət budur? Kim bilir?)
Rənglərin əmələ gəlməsi >> Müzakirədən köçürülən bəzi şərhlər >> Rənglərdən elektrona >>
=======
Təkamül haqqında düşüncəm…
Dekabr 8, 2008 Yazdı: asif eminov ?
447 dəfə baxılıb. 32 Şərh
“Fikrimcə regress yoxdur, ancaq progress var. Regress isə progressin bir formasıdır“.
Bəzilərimiz təkamülü qəbul etmirik. Bəzilərimiz təkamül deyəndə ancaq darvinizm yada düşür, insan-meymun və s. Mənsə bu bəzilər kimi darvinizmi qəbul etməsəm də, təkamülə həddsiz inanlardanam və bu təkamülü görürəm. Təkamül hər yerdədir, sadəcə gözümüzü açıb yaxşıca baxmırıq. Müşahidələr aparmırıq.
Ətrafımızda gördüyümüz hər bir canlı hər an öz təkamülünü yaşamaqdadır. Tək canlılar yox, bütünlüklə materiya adlandırdığımız hər şey öz təkamülündədir. Təkamül olmasa heç vaxt irəliləyiş ola bilməz. Təkamül hər şeyin başlanğıcı və sonudur.
İndi isə keçək canlıların təkamülünə. Kimi deyir təkamül deyilən şey yoxdur və yaxud ola bilməz. Zennimce hal-hazırda gördüyümüz hər bir canlı olduğu kimi heç vaxt yarana bilməz. Bunun üçün milyon illər tələb olunub, hamısının da səbəbkarı özləridir. Yaşamaq üçün mübarizə. Budur təkamülün əsas aləti. Hər bir canli yaşaması üçün təkmilləşir. Təkmilləşir ki, yeni şəraitə, yeni həyata uyğunlaşsın. Əks halda həmin canlını yalnız ölüm gözləyir. Səhv etmirəmsə darvinizm -ali canlı ondan bir pillə aşağı olan canlıdan yarandığını anlatmağa calışır. Hər bir canlının təkmilləşməsində əsas rolu mutasiya oynayır. Organizm yeni bir şəraitə düşür, düşdüyü şəraitə uyğunlaşmaq istəyir (yaşamaq uğrunda mübarizə). Çox hallarda uyğunlaşır. (Yalnız zəiflər sıradan çıxa bilər. Güclülər qalib gəlir. Yaşamaq uğrunda mübarizənin əsas qanunu budur). Buna səbəbsə həmin organizmdə baş verən mutasiyalardır. Ola bilər ki, bu mutasiyalar özünü büruzə verməsin. (Bu o demək deyil ki, həmin organizmin genetik aparatında dəyişiklik baş vermədi). Çünki həmin mutasiya organizmdə büruzə olunmaq üçün çox kiçik ola bilər. Amma necə deyərlər “damla-damla göl olar”. [Postun ardını oxu]





