Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Kvant Fizikası | Elmi qaralama

Alimlər “Allahın hissəciyi” axtarışında. LHC

Dekabr 3, 2008 Yazdı: asif eminov  ? 

203 dəfə baxılıb.    16 Şərh

Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir.

LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10×12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə ərazisində  26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. Maqnitlər 1.9K (-271C) temperaturda işləyəcək. LCHda 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS ve CMS Hiqqsin bozonları və “standart olmayan fizika”-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlyun plazmasının və kvark-qlyun mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etməkçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir. [Postun ardını oxu]