Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Fizika | Elmi qaralama

Bərk cisimlərdə ifrataxıcılıq

Fevral 4, 2009 Yazdı: gahramanov  ? 

137 dəfə baxılıb.    4 Şərh

Bərk cisimlərdən hələlik ancaq bərk helium ifrataxıcılıq xassəsinə malikdir.

Qeyd edim ki, maye helium normal təzyiqdə temperaturun düşməsi ilə bərk hala keçmir, bərk heliumu yalnız yüksək təzyiq altında almaq olur, təxminən 25 atm. Ətraflı bax: Твердый гелий və ya  Solid Helium (wikipedia)

İfrataxıcılıq xassəsinə malik obyekt ən ensiz yarıqlardan belə sürtünməsiz axır, həmçinin istənilən maneəni qət edir. Məsələn, stəkana doldurulmuş ifratkeçici maye rahatca stəkanın divarı ilə axıb stəkandan çıxır.


Yeri gəlmişkən, bərk heliumun ifrataxıcı olması məsləsi də mübahisələrə səbəb olub, şübhə ilə yanaşanlar yetərincədir:

Сверхтекучесть твердого гелия: сенсация отменяется?

Classical Rotational Inertia of Solid 4He

Keçən əsrin 70-ci illərində “ümumiyyətlə bərk cisimlərdə də ifrataxıcılığa rast gəlinə bilər” fikri irəli sürülmüşdü. Bununla bağlı, məsələn, Leggettin “Bərk cisim ifrataxıcı ola bilərmi?” məqaləsinə baxmaq olar, həmçinin son dövrlərdə çıxan yazılara:

Physics of superfluid solid (pdf)

Can a solid superfluid (prezentasiya)

Amma indiyədək təcrübələrdə ifrataxıcılıq və bərk cisim anlayışları bir araya gəlməmişdi. Bu yaxınlarda isə Matthias Troyer və onun dəstəsi apardıqları təcrübədə bərk cisimlərdə ifrataxıcılığı müşahidə ediblər. Düzdür, təcrübəni tam təcrübə adlandırmaq çətindir, əslində Troyer kompüter modelində ifrataxıcılığa rast gəlib.

Buna baxmayaraq, kompüterdə alınan nəticələr artıq ümidvericidir və hətta elmi kütləvi dərgilərin belə böyük diqqətə və marağına səbəb olub (bax: buna və  buna)

Əkizlər paradoksu

Yanvar 30, 2009 Yazdı: Ruzgari  ? 

125 dəfə baxılıb.    7 Şərh

th_twinparadoxİnsan təfəkküründə elmi inqilab yaratmaqla meydana gələn hər bir nəzəriyyə, təbiidir ki, ona qarşı etirazların yaranmasına gətirməlidir. Xüsusi nisbilik nəzəriyyəsi bu baxımdan müstəsnalıq təşkil etmir. Həmin nəzəriyyənin doğruluğunu şübhə altına almaq məqsədilə irəli sürülən etirazlardan biri də “əkizlər paradoksu” adı ilə elmə daxil olan etirazdır.
Əkiz qardaşlardan biri səyahətə çıxaraq müəyyən vaxtdan sonra Yerə qayıdarsa, səyahətdəki qardaşın saatı Yerdəki qardaş baxımından gecikir və bu səbəbdən onlar arasında yaş fərqi yaranır – səyahətdən qayıdan qardaş Yerdəkindən az yaşa malik olur. Səyahətdəki qardaş isə onun tərsini – Yerdəki qardaşının özündən cavan (az yaşlı) olduğunu söyləyəcəkdir. “Əkizlər paradoksu“-nun  mahiyyəti də məhz bir-birinə zidd olan bu iki nəticədən ibarətdir. Bu “paradoks” xüsusi nisbilik nəzəriyyəsinin doğruluğunu şübhə altına alırmı? Xeyr. Bəs bu “paradoks“-a səbəb nədir? Səbəb, xüsusi nisbilik nəzəriyyəsini onun tətbiq oluna bilmədiyi təcilli sistemə tətbiq etməyimizdir. Doğrudan da, səyahətə çıxan qardaş Yerdəkinə nəzərən təcilə malikdir. O, Yerdən start götürərkən və Yerə qayıdarkən (hərəkət istiqamətini dəyişməli olduğundan) təcilli hərəkət edir. Xüsusi nisbilik nəzəriyyəsi isə, bildiyimiz kimi, yalnız ətalət sistemləri üçün doğrudur. Deməli, əkiz qardaşların saatlarının gedişi haqqında mülahizə yürüdərkən xüsusi nisbilik nəzəriyyəsinə istinad etməkdə haqlı deyilik. Məhz bu səbəbə görə də aldığımız nəticə ziddiyyətli və ağlasığmazdır.

Qeyd: Ali məktəb tələbələri üçün nəzərdə tutulan bir kitabdan götürülən məqalədə xüsusi nisbilik nəzəriyyəsinin müdafiəsini təbii qebul edin. Əslində hər şey əksinə də ola bilər.

Mənbə: Ümumi fizika kursu (mexanika) - N.M.Qocayev

Alimlər “Allahın hissəciyi” axtarışında. LHC

Dekabr 3, 2008 Yazdı: asif eminov  ? 

203 dəfə baxılıb.    16 Şərh

Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazıraldığı dünyanın ən böyük proton sürətləndircisidir.

LHCnin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron kollayderində protonlar 14 TeV (14 teraelektronvolt- 14·10×12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. LCH Fransa ilə İsveçrə ərazisində  26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. LHCda proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 magnitdən istifadə olunub. Maqnitlər 1.9K (-271C) temperaturda işləyəcək. LCHda 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS ve CMS Hiqqsin bozonları və “standart olmayan fizika”-nı öyrənmək üçün təyin edilib. Detektor LHCb b-kvarkların tədqiqatları üçün, detektor ALICE isə kvark-qlyun plazmasının və kvark-qlyun mayesinin qurğuşun ionları ilə toqquşmasına aid eksperimentləri tədqiqat etməkçün yaradılıb. Bu böyük proyektdə 45 ölkənin alimləri iştirak edir. [Postun ardını oxu]

Bəşəriyyətin gələcəyi - nanotexnologiyalar

Noyabr 20, 2008 Yazdı: nasir nesirli  ? 

85 dəfə baxılıb.    Şərh yaz

“Nanotexnologiya” termini ilk dəfə olaraq 1974 -cü ildə Norio Taniquti tərəfindən işlədilib. Lakin ondan da əvvəl 1959-cu ildə Riçard Feynman özünün “Aşağıda yer çoxdur” adlı məqaləsində nanotexnoloji metodlar haqqında məlumat vermişdi. O, təklif edirdi ki, öz kiçik surətini yaradan mexanizm qurulsun. Yaradılmış mexanizm adekvat hərəkəti davam etdirsin və nəticədə həmin surətlər bir atomun ölçüsündə olsun. Sonra həmin mexanizm ayrı-ayrı atomlardan öz surətlərini toplayaraq makroəşyalar yaratsın. Bütün bunları deməklə R.Feynman bir məqsəd güdürdü, insan əməyi az sərf olunsun, istehsalatın həcmi isə sürətlə artsın. [Postun ardını oxu]