Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Elm | Elmi qaralama

Meditasiya beynin həcmini artırır?!

May 20, 2009 Yazdı: nasir nesirli  ? 

59 dəfə baxılıb.    1 Şərh

2468_23132655 Müntəzəm meditasiya beynin emosiyaya cavabdeh olan mərkəzlərinin ölçüsünü artırır. Bu fikri Kaliforniya universitetinin alimləri səsləndiriblər. Tədqiqatın nəticələri isə NeuroImage elmi jurnalında nəşr olunub.

Tədqiqatcılar maqnit – rezonans tomoqrafiyası vasitəsilə 2 qrup insanların beyinlərini muşahidə etmişlər. Birinci qrupa daxil olan insanlar meditasiya ilə müntəzəm məşğul olanlar, ikinci qrupa isə məşğul olmayan insanlar daxil edilmişdir. Birinci qrup insanların beyinlərinin hippokamp, talamus və orbitafrontal kök nayihələri(bu mərkəzlər insanın emosiyalarının formalaşmasənda iştirak edir) digər qrupdakı insanların analoji mərkəzlərinin ölçülərindən nəzərəçarpacaq qədər böyük olmuşdur.

Tədqiqat qrupunun rəhbəri Eylin Luders(Eileen Luders) isə belə deyir: “Meditasiyanın insanın emosiyalarına təsir etdiyi bizə məlum idi. Bununla məşğul olan insanlar özündə yüksək emosiya yaradır, ruhi rahatlıq əldə edir. Bizim növbəti tədqiqatlar meditasiya ilə bağlı qaranlıq məqamlara işıq sala bilər.”

Ancaq alimlər hələ beynin həcminin niyə və necə artması suallarına cavab tapa bilmirlər.

Mənbə: Scienceblog.ru

Kontakt linzalarda televizor

Fevral 13, 2009 Yazdı: asif eminov  ? 

101 dəfə baxılıb.    4 Şərh

linzaBir neçə ildən sonra televizor programlarına kontakt lizaları vasitəsilə baxmaq imkanı olacaq. Bu barədə Britaniya qəzeti The Daily Mail xəbər verir. Mütəxəsislərin fikrinə görə, ilk baxışdan fantastik görünən bu fikirlər artıq reallaşmaq üzrədir. Bu kiçik televizor vasitəsilə təkcə xəbərlərə yox, müxtəlif əyləncəli verlişləri izləmək, kinolara baxmaq imkanı da olacaq. Bu linza televizorlar enerjini insan bədənin temperaturundan alacaq, kanalların dəyişilməsi isə səsli əmrlərlə və yaxud müxtəlif  jestlərlə mümkün olacaq. Futurolog Yan Pirsonun dediyinə görə: “Siz sadəcə səhər durub onu gözünüzə taxmaq və günün axırında çıxartmaq bəs edəcək”.

Qeyd: Bir neçə saytlardan oxuduğum məlumata görə, bu linza televizorlara internetə qoşulma imkanı və görüntülü danışmaq imkanı da əlavə olunacaq. Bir sözlə hər bir şəxs bu linza vasitəsilə müxtəlif əmrlər verməklə internetə daxil olmaqla istənilən məlumatı almaq, dünyanın istənilən nöqtəsinə zəng etmək imkanı əldə edəcək. :)

Yaşamağa yararlı 40000 planet

Fevral 13, 2009 Yazdı: asif eminov  ? 

319 dəfə baxılıb.    21 Şərh

ekzoplanet

Bu planet bizdən 20000 işıq ili uzaqda Süd Yolunun mərkəzində yerləşir. İntellektual həyatın olması güman edilən 40000 planetdən biri

Elmin Marsda həyat axtarışı hələki heç bir nəticə verməsə də, alimlərin gəldiyi qərara görə, bizim galaktikamızın (Süd Yolu) təxminən 40000-ə yaxın planetində həyat üçün əlverişli şərait ola bilər. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, galaktikamızın 37964 planetində yaşam üçün bu şərait vardır.
Astrofizik Duncan Forgan özünün yaratdığı kompüter modelində, indiyədək öyrənilən 330 planeti müqayisə edərək, ən çox hansı planetlərin yaşayış üçün daha əlverişli olduğunu izah etməyə çalışıb. Həyatın yaranması üçün əsas sayılan bir neçə göstəricilərini (temperatur, suyun olub-olmaması, minerallar və s.) hesablayaraq, bu planetlərdə həyatın yaranışının 3 versiyasını (ssenarisini) irəli sürüb. [Postun ardını oxu]

Bərk cisimlərdə ifrataxıcılıq

Fevral 4, 2009 Yazdı: gahramanov  ? 

137 dəfə baxılıb.    4 Şərh

Bərk cisimlərdən hələlik ancaq bərk helium ifrataxıcılıq xassəsinə malikdir.

Qeyd edim ki, maye helium normal təzyiqdə temperaturun düşməsi ilə bərk hala keçmir, bərk heliumu yalnız yüksək təzyiq altında almaq olur, təxminən 25 atm. Ətraflı bax: Твердый гелий və ya  Solid Helium (wikipedia)

İfrataxıcılıq xassəsinə malik obyekt ən ensiz yarıqlardan belə sürtünməsiz axır, həmçinin istənilən maneəni qət edir. Məsələn, stəkana doldurulmuş ifratkeçici maye rahatca stəkanın divarı ilə axıb stəkandan çıxır.


Yeri gəlmişkən, bərk heliumun ifrataxıcı olması məsləsi də mübahisələrə səbəb olub, şübhə ilə yanaşanlar yetərincədir:

Сверхтекучесть твердого гелия: сенсация отменяется?

Classical Rotational Inertia of Solid 4He

Keçən əsrin 70-ci illərində “ümumiyyətlə bərk cisimlərdə də ifrataxıcılığa rast gəlinə bilər” fikri irəli sürülmüşdü. Bununla bağlı, məsələn, Leggettin “Bərk cisim ifrataxıcı ola bilərmi?” məqaləsinə baxmaq olar, həmçinin son dövrlərdə çıxan yazılara:

Physics of superfluid solid (pdf)

Can a solid superfluid (prezentasiya)

Amma indiyədək təcrübələrdə ifrataxıcılıq və bərk cisim anlayışları bir araya gəlməmişdi. Bu yaxınlarda isə Matthias Troyer və onun dəstəsi apardıqları təcrübədə bərk cisimlərdə ifrataxıcılığı müşahidə ediblər. Düzdür, təcrübəni tam təcrübə adlandırmaq çətindir, əslində Troyer kompüter modelində ifrataxıcılığa rast gəlib.

Buna baxmayaraq, kompüterdə alınan nəticələr artıq ümidvericidir və hətta elmi kütləvi dərgilərin belə böyük diqqətə və marağına səbəb olub (bax: buna və  buna)

Əkizlər paradoksu

Yanvar 30, 2009 Yazdı: Ruzgari  ? 

125 dəfə baxılıb.    7 Şərh

th_twinparadoxİnsan təfəkküründə elmi inqilab yaratmaqla meydana gələn hər bir nəzəriyyə, təbiidir ki, ona qarşı etirazların yaranmasına gətirməlidir. Xüsusi nisbilik nəzəriyyəsi bu baxımdan müstəsnalıq təşkil etmir. Həmin nəzəriyyənin doğruluğunu şübhə altına almaq məqsədilə irəli sürülən etirazlardan biri də “əkizlər paradoksu” adı ilə elmə daxil olan etirazdır.
Əkiz qardaşlardan biri səyahətə çıxaraq müəyyən vaxtdan sonra Yerə qayıdarsa, səyahətdəki qardaşın saatı Yerdəki qardaş baxımından gecikir və bu səbəbdən onlar arasında yaş fərqi yaranır – səyahətdən qayıdan qardaş Yerdəkindən az yaşa malik olur. Səyahətdəki qardaş isə onun tərsini – Yerdəki qardaşının özündən cavan (az yaşlı) olduğunu söyləyəcəkdir. “Əkizlər paradoksu“-nun  mahiyyəti də məhz bir-birinə zidd olan bu iki nəticədən ibarətdir. Bu “paradoks” xüsusi nisbilik nəzəriyyəsinin doğruluğunu şübhə altına alırmı? Xeyr. Bəs bu “paradoks“-a səbəb nədir? Səbəb, xüsusi nisbilik nəzəriyyəsini onun tətbiq oluna bilmədiyi təcilli sistemə tətbiq etməyimizdir. Doğrudan da, səyahətə çıxan qardaş Yerdəkinə nəzərən təcilə malikdir. O, Yerdən start götürərkən və Yerə qayıdarkən (hərəkət istiqamətini dəyişməli olduğundan) təcilli hərəkət edir. Xüsusi nisbilik nəzəriyyəsi isə, bildiyimiz kimi, yalnız ətalət sistemləri üçün doğrudur. Deməli, əkiz qardaşların saatlarının gedişi haqqında mülahizə yürüdərkən xüsusi nisbilik nəzəriyyəsinə istinad etməkdə haqlı deyilik. Məhz bu səbəbə görə də aldığımız nəticə ziddiyyətli və ağlasığmazdır.

Qeyd: Ali məktəb tələbələri üçün nəzərdə tutulan bir kitabdan götürülən məqalədə xüsusi nisbilik nəzəriyyəsinin müdafiəsini təbii qebul edin. Əslində hər şey əksinə də ola bilər.

Mənbə: Ümumi fizika kursu (mexanika) - N.M.Qocayev

Sonrakı səhifə »