Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. asif eminov | Elmi qaralama

“Düzgün yaz” aksiyası

Fevral 23, 2009 Yazdı: asif eminov  ? 

112 dəfə baxılıb.    4 Şərh

duzgunyaz6Salam, hörmətli Qaralama istifədəçiləri. Bugün Ramin qardaşımızın bloguna baxınca ordakı “Düzgün yaz” aksiyası marağıma səbəb oldu və qərara gəldim ki, bu aksiyaya dəstək kimi bloglarımı və bu Qaralamanı da əlavə edim. Çox təəssüf edirəm ki, bu aksiyaya gec qoşuldum, yəni fevralın 21-i Ana dili günündə qoşulsaydım daha yaxşı olardı. Amma məncə hələ də gec deyil. Və məncə bu aksiya özünü tanıtdıracaq. Əhsən sənə Ramin!

Və bu aksiyaya haqqında məlumat kimi Ramin qardaşımızın yazdığı məqaləni yerləşdirirəm. Sadəcə gec qatıldığım üçün fevralın 21-i tarixini ayın axırına uzatmaq istərdim. (fevralın 28) Məncə bugünlərdə daxil olacaq daimi istifadəçilərimiz bu haqqda məlumatlanar və qaydalara əməl etmiş olar. Bu o demək deyil ki, bu yazını bugün oxudun və ayın axırına kimi qayda-qanunlara riayət etmiyəsən. Əgər şərh yazmaq istəyiriksə, Azərbaycan əlifbasından istifadə edək və ən azından özümüzü buna öyrəşdirmiş olarıq. Beləcə internet aləmində Azərbaycan daha da zirvələr qalxmış olar.

Raminin Çağırış! yazısı:

“Hörmətli oxucular! Keçən dəfəki yazılarımdan birini müzakirə edəndə, bir neçə bloqçularla qərara gəldik ki, fevralın 21-də Ana dili gününə həsr olunmuş aksiyaya başlayaq. Aksiyamızın adı “Düzgün yaz!” olacaq. Bu aksiya ilə biz, Azərbaycan İnternet istifadəçilərinin diqqətini, fikrimizcə vacib bir məsələyə – İnternet yazışmalarında, şərhlərdə, forumlarda, bloqlarda və digər saytlarda Azərbaycan dilinin qayda-qanunlarına riayət edilməməsinə – cəlb etmək istəyirik. Bizi ən çox narahat edən fakt odur ki, istifadəçilər Azərbaycan dilində yazsalar da əlifbamızın ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz edərək, Azərbaycan əlifbasından düzgün şəkildə istifadə etmirlər, bəzən isə, rus-kiril qrafikasından istifadə edirlər. Bütün bunlar, oxunma, anlaşılma və lazımi məlumatların axtarılıb-tapılmasında çətinliklər yaradaraq, İnternet məkanında dilimizin və ümumiyyətlə AzNET-in inkişafına maneələr törədir. Buna görə biz – aksiyada iştirak edən bloqçular – bütün yazılarımızda Azərbaycan dilinin qayda-qanunlarına riayət etməyi borc bilir və bloqumuzda şərh yazmaq üçün qayda qoyuruq: Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etməyi və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etməyi qadağan edirik. Bu qaydaya uyğun olmayan şərhlər bloqumuzdan silinəcəkdir. Biz, başqa bloqçuları, sayt administratorlarını və redaktorlarını, şərhçiləri və oxucuları, dilimizin gələcəyinə laqeyd qalmayan bütün insanları da bizə qoşulmağa çağırırıq. Gəlin birlikdə, fevral ayının 21-i – Ana dili günü – çalışaq ki, bu məsələyə mümkün qədər çox diqqət cəlb edək və həmişə, hər yerdə dilimizin qaydalarına riayət edib onu düzgün yazaq!

Aksiyada iştirak etmək üçün yuxarıda qeyd olunan qaydalara əməl etməli və fevralın 21 aksiya barəsində yazı yazıb, bloqunuzda dərc etməli olacaqsınız. İştirak etmək istəyən şərh vasitəsi ilə bildirsin”.


Hörmətli Qaralama istifadəçiləri. Burdakı 21-i tarix ayın 28-i ilə əvəz olunacaq. Yəni qaralamda ayın 28-dən sonra (ayın axırından) qayda-qanunlara riayət olunmayan şərhçilərin şərhləri kimliyindən asılı olmayaraq pozulacaq! Bu qədər…

Qaralama yeni serverde

Fevral 22, 2009 Yazdı: asif eminov  ? 

81 dəfə baxılıb.    1 Şərh

serverHörmətli Qaralama istifadəçiləri. Bildiyimiz kimi əvvəllər Qaralamda bəzi problemlər yaranırdı (qeydiyyatdan keçəndə emailə kodun gəlməməsi kimi, əlaqə formasının işləməməsi, bəzi pluginlərin durduğu yerdə deaktivləşməsi, bəzən səhifədə yazıların itməsi, şərhlərin görsənməməsi və s. kimi problemlər)…  Artıq Qaralama yeni serverə keçib və hosting paketini artırıb. Ümid edirik ki, bir də belə problemlər yaranmıyacaq. Çox yaxında Qaralama öz maraqlı layihələri ilə öz istifadəçilərini sevindirəcək. (hələ ki, gələcəyə məktub layihsində iştirak etsək pis olmaz).

Artıq hər kəs Qaralamada qeydiyyatdan keçərək yazı yerləşdirmək imkanı əldə edə bilər. Qaralamanın inkişafını və özünü Aznetdə tanıtmaq istəyirsənsə sən də qaralama çərçivəsində yazılarını yerləşdir.

Hörmətlə: Qaralama administrasiyası.

Kontakt linzalarda televizor

Fevral 13, 2009 Yazdı: asif eminov  ? 

101 dəfə baxılıb.    4 Şərh

linzaBir neçə ildən sonra televizor programlarına kontakt lizaları vasitəsilə baxmaq imkanı olacaq. Bu barədə Britaniya qəzeti The Daily Mail xəbər verir. Mütəxəsislərin fikrinə görə, ilk baxışdan fantastik görünən bu fikirlər artıq reallaşmaq üzrədir. Bu kiçik televizor vasitəsilə təkcə xəbərlərə yox, müxtəlif əyləncəli verlişləri izləmək, kinolara baxmaq imkanı da olacaq. Bu linza televizorlar enerjini insan bədənin temperaturundan alacaq, kanalların dəyişilməsi isə səsli əmrlərlə və yaxud müxtəlif  jestlərlə mümkün olacaq. Futurolog Yan Pirsonun dediyinə görə: “Siz sadəcə səhər durub onu gözünüzə taxmaq və günün axırında çıxartmaq bəs edəcək”.

Qeyd: Bir neçə saytlardan oxuduğum məlumata görə, bu linza televizorlara internetə qoşulma imkanı və görüntülü danışmaq imkanı da əlavə olunacaq. Bir sözlə hər bir şəxs bu linza vasitəsilə müxtəlif əmrlər verməklə internetə daxil olmaqla istənilən məlumatı almaq, dünyanın istənilən nöqtəsinə zəng etmək imkanı əldə edəcək. :)

Yaşamağa yararlı 40000 planet

Fevral 13, 2009 Yazdı: asif eminov  ? 

317 dəfə baxılıb.    21 Şərh

ekzoplanet

Bu planet bizdən 20000 işıq ili uzaqda Süd Yolunun mərkəzində yerləşir. İntellektual həyatın olması güman edilən 40000 planetdən biri

Elmin Marsda həyat axtarışı hələki heç bir nəticə verməsə də, alimlərin gəldiyi qərara görə, bizim galaktikamızın (Süd Yolu) təxminən 40000-ə yaxın planetində həyat üçün əlverişli şərait ola bilər. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, galaktikamızın 37964 planetində yaşam üçün bu şərait vardır.
Astrofizik Duncan Forgan özünün yaratdığı kompüter modelində, indiyədək öyrənilən 330 planeti müqayisə edərək, ən çox hansı planetlərin yaşayış üçün daha əlverişli olduğunu izah etməyə çalışıb. Həyatın yaranması üçün əsas sayılan bir neçə göstəricilərini (temperatur, suyun olub-olmaması, minerallar və s.) hesablayaraq, bu planetlərdə həyatın yaranışının 3 versiyasını (ssenarisini) irəli sürüb. [Postun ardını oxu]

Qaralamanın “gələcəyə məktub” layihəsi

Fevral 7, 2009 Yazdı: asif eminov  ? 

265 dəfə baxılıb.    14 Şərh

disney_time_capsule

Bu bir zaman kapsuludur. Lazımi məlumatlar belə qablaşdırlacaq.

Bugündən artıq qaralamada yeni bir layihə işıq üzü görəcək. Bir çox əcnəbilər belə layihələri irəli sürüb və hamı həvəslə belə layihələrə “baş vurub”. Bizdə istədik ki, Aznetdə bu layihəni biz gerçəkləşdirək. Bəlkə də çoxları bu layihəni dəlilik adlandıracaq, bəlkə də çoxları bu layihəyə güləcək…  Amma sizi əmin edirəm ki, qaralamaya məhz bu layihəyə görə daxil olan da  olacaq. Bəlkə də Aznetdə səs-küy qaldıracaq bu layihə…
Beləliklə, Zaman Kapsulu və yaxud Gələcəyə Məktub layihəsi.
Gələcək insanlara nə kimi sözlərin var? Artıq zaman maşınına ehtiyac yoxdur. Sən onları tapmasan da onlar sənin yazdıqlarını mütləq tapacaq, oxuyacaq və sən tarixdə qalacaqsan. İstəyirsənmi bunu? İstərdinmi sənin gələcək insanlara ünvanladığın məktub bir neçə əsir sonra (bəlkə də daha çox) tapılsın və oxunsun? Bu layihədə bu istəyini gerçəkləşdirə bilərsən.
Necə? Müəyyən həcmdə məktubları (bu layihədə yazılanları) bir yerə yığıb, onları müəyyən kapsulun içərisində tarixlərdə saxlamaq. Zaman keçəcək gələcəyin insanları bu kapsulu tapacaq və minlələrlə indiki Azəribaycanlıların gələcək insanlara, onlara ünvanladığı məktubları (mesajları) oxuyacaq. Bu ehtimal 95%-dir… Və gələcəyin insanları üçün bu keçmişdən ən maraqlı məlumatlar olacaq.
Bir anlığa özünüz də təsəvvür edin. Təsəvvür edin ki, min il bundan qabağ minlərlə insanın bizlərə ünvanladığı minllərlə məktub saxlanılan bir sandıq tapırsınız. Həmin insanların bizlərə ünvanladığı məktubları oxuyursunuz. Sizcə bu qiymətli material sayılmazmı?
Biz də bunu edəcəyik. Gələcək insanlara indiki dövrdən ürəyin istədiyi məlumatı çatdır. Onlara keçmişdən maraqlı məlumatları ver, onlara fikirlərinizi, düşüncələrinizi, səmimi məktublarınızı, onlardan gələcəkdə nə gözlədiyinizi, onlardan nə istədiyinizi, özünüz haqqında məlumat, etiraflarınız, heç yerdə deyə bilmədiyiniz, dünyada bu dövrdə baş verənlərdən və s… Hər nə istəsəz o insanlara çatdıra bilərsiniz.
apple-time-capsule_1-1Şərtlər:
Hər bir şəxs maksimum 10 məktub yaza bilər. Soruşa bilərsiz niyə? Çünki ola bilər ki, hər hansı birinizin “ürək sözləri” çoxdur. Ola bilər nəyisə unutmusunuz.  Buna görə sizlərə bir neçə məktub yazmağınıza şərait var. İmkanlardan istifadə edin.  Ürəyinizi boşaldın.
Hər bir şəxs kimliyini mütləq bildirməlidir.  Hər hansı nikə və yaxud anonim yazılan məktublar qəbul olunmyacaq.
Buyurun ümumi məktubların sayını isə siz seçin.

100000 (və yaxud 500000) məktub yığıldıqdan sonra isə, sizin sorğunuza əsasən, ya kağız üzərində, ya da ki, rəqəmsal (hər hansı sərt diskdə) bu məlumatlar müəyyən bir kapsulun (paslanmıyan metaldan) içərisinə yığılacaq. Kapsulun üzərinə tarix və bu layihə haqqında qısa məlumat qeyd ediləcək. Sonra bu kapsul özü də germetikləşdirilib, onu müəyyən formada dəmir-betonla qəlibə salınacaq. Məhz bu nişanəli, içində bu məlumatlar yerləşdirlimiş dəmir-beton qəlib Azərbaycanın ən ucqar nöqtələrindən birində “torpağa tapşırılacaq”. Bunun üçün qaralama 15-20 nəfərlik ekspedisiya təşkil edəcək ki (yalnız seçilmişlər və güvənilənlər), onlar bu “mərasimdə” iştirak etmək şansı qazanacaq. :)

Bunlar isə səsvermələr. Buyurun. Sizdən çox şey asılıdır.

Məktubların sayı neçə olsun?

Nəticəyə bax

Loading ... Loading ...
  

Məktublar kapsula hansı formada yerləşdirilsin?

Nəticəyə bax

Loading ... Loading ...

eppendorf2Diqqət!
Əcnəbilərin belə layihələrindən fərqli olaraq ilk dəfə olaraq biz bu layihəyə könüllü klonlaşdırmanı əlavə etmişik. Bu dəlilik deyil. Bu reallıqdır. Layihənin bu hissəsi eksperimenti sevən, nə vaxtsa özünün klonlaşdırılmasını istəyən şəxslərə ünvanlanır. Lazımı qədər məktub yığıldıqdan sonra (100000 və yaxud 500000), layihənin sonuna yaxın könüllü 50-100 nəfər şəxs özündən hər hansı toxuma materialı verməklə (Fərq etməz. Əsas odur ki, tərkibində DNT saxlasın) bu materialları həmin zaman kapsuluna əlavə edecəyik. Bu toxumaların ömrünü uzatmaq üçün (tərkibində DNT parçalanmasın deyə) onlar müxtəlif məhlullarda yerləşdiriləcək. Beləliklə həmin toxumların tərkibində olan DNT min illərlə öz “canlılıq” qabiliyyətini saxlaya biləcək. Ola bilər ki, gələcəyin insanları bu toxumalardan klonunuzu yaratsınlar. :) Dünya elminin hansı sürətlə inkişaf etməsinə baxsaq, hər halda buna ehtimal daha çoxdur.
Bu qədər… Layihə haqqında fikirlərinizi buraya, layihədə iştirak etmək üçünsə isə buraya daxil olun.

Əlavə: Buna oxşar layihələr haqqında məlumat. Daxil ol, oxu və inan ki, bu heç də cəfəngiyat deyil. Письмо в будущее (wikipedia)

Sonrakı səhifə »