Artıq hər kəs qeydiyyatdan keçməklə qaralama yazarı olmaq imkanı var. Buyurun. Qeydiyyatdan keçin və siz də qaralama çərçivəsində öz yazılarınızı yerləşdirin. // Qaralamaya abunə olmaqla gündəlik e-poçtanız vasitəsilə yeniliklərdən xəbərdar ola bilərsiniz. // Her kes "gələcəyə məktub" yazsın.// Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir. Gravatar. Şərhlərdə şəkil | Elmi qaralama

Gravatar. Şərhlərdə şəkil

Dekabr 1, 2008 Yazdı: asif eminov  ?   

250 dəfə baxılıb.    Şərh yaz

Salam, əziz oxucular. Bugün bu bölmədə sizə şərh yazanda şərhinizin qabağında necə şəkil yerləşdirməyi anlatmağa çalışacaq. Yəqin ki, bir çoxları bundan istifadə edəcək.

Belə bir sistem var ki, həmin sistemdə öz emailinizi qeydiyyatdan keçirdikdən sonra, bu sistemi dəstəkliyən saytlarda şərh yazdıqda, şərhinizin yanında şəkliniz görsənir.

İndi bunun üçün nə edəcəyini sizə addım-addım başa salmağa çalışacam. Birinci növbədə girirsiniz gravatarın rəsmi saytına. Gördüyunuz pəncərədə “sign up new” düyməsinə basın və qarşıda açılacaq yeni pəncərədə emailinizi yazın.  O emaili ki, hər dəfə şərh yazdıqda həmin emaildən istifadə edəcəksiniz. Əgər şərh yazdıqda hər hansı başqa bir email istifadə etdiyiniz halda, həmin email gravatar sistemində qeydiyyatdan keçmədiyi üçün, şərhlər zamanı şəkil görsənməyəcək. Qeydiyyatdan keçirmək istədiyiniz email ünvanını yazırsız və “sign up” düyməsinə basırsız (çalışın parolu bir az mürəkkəb yazın, əks halda bir az problem yarana bilər). Bu zaman sizin emailinizə qeydiyyatı təstiqləmək üçün mesaj göndəriləcək. Həmin mesajdakı keçidin üzərinə basmaqla qeydiyyatınızı aktiv hala keçirirsiniz. Üzünüzə açılan səhifədə özünüzə bir nik seçirsiz (bu nik ancaq gravatar saytı üçündür, şərh yazdıqda ad seçimində imkanlarınız çox ola bilər). Nik və parolu yazdıqdan sonra öz hesabınızla gravatar sisteminə daxil olursunuz. Bu zaman emaliniz qarşısında gravatarın öz logosu olan pəncərə açılacaq. Həmin pəncərənin altında olan  “add one by clicking here” keçidinə basın. Açılan yeni pəncərədə artıq istədiyiniz şəkili öz kompüterinizdən və ya inetdə hər hansı bəyəndiyiniz, ya özünüzün şəxsi şəkil keçidini əlavə edirsiniz. Şəkili hesabınıza yüklədikdən sonra həmin şəkili 80*80 ölçüsünə gətirməkçün seçdiyiniz şəkli kəsmək imkanı verilir. Əgər şəklinizin tam görüntüsünü almaq istəyirsinizsə, “crop” düyməsini şəkilin sonuna kimi uzadın. “Crop and finish” düyməsinə basmaqla əməliyyatı sona çatdırırsınız. Artıq seçdiyiniz şəkil hazırdır. Sadəcə onu müəyyən reytingə yerləşdirmək lazım gələcək. Sizə 4 reyting seçimi təklif olunacaq. Size G reytingini seçməyi məsləhət görərdim. Seçdiyiniz reytingin üzərinə basırsınız. Açılan yeni pəncərədə- aşağıda seçdiyiniz şəkilin üzərinə basaraq açılan “confirm” düyməsinə basın.

Vəssalam, bununla da həmin emaildən şərhlərdə istifadə etməklə seçdiyiniz şəkili görə biləcəksiniz. Bu da bir misal. Buyurun əgər kimdəsə qeydiyyatda problem çıxdısa, şərhlə yazsın. Aydınlaşdırmağa çalışacayıq.

Şərhlərinizi gözləyirəm.

Oxşar mövzular

  • Oxşar mövzu tapılmadı
Xebername Google Bookmarks Buzla del.icio.us Linkibol Technorati Oyyla Yahoo My Web Bagcik Webiket
1 ulduz2 ulduz3 ulduz4 ulduz5 ulduz (9 səs. Orta ədəd: 4.56. Ümumi 5)
Loading ... Loading ...
Martın 1-dən etibarən, Qaralamada Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir.
Qaralamadan hər hansı yazı götürülərsə, istinad mütləqdir. © 2008 Qaralama

Şərhlər...

“ Gravatar. Şərhlərdə şəkil” məqaləsində 21 şərh var

Səhifələr: [3] 2 1 » Show All

  1. 21
    Ruzigarim  yazdı:

    Mən qoydum, görüm alınıb. :smile:

Страниц: [3] 2 1 » Show All

Şərh yaz

Əgər şərhinizdə şəkilinizin olmasını istəyirsinizsə, onda bura daxil olun!

XHTML: Şərhlərdə həmçinin bu taglardan istifadə edə bilərsən: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

icon_mrgreen.gif icon_neutral.gif icon_twisted.gif icon_arrow.gif icon_eek.gif icon_smile.gif icon_confused.gif icon_cool.gif icon_evil.gif icon_biggrin.gif icon_idea.gif icon_redface.gif icon_razz.gif icon_rolleyes.gif icon_wink.gif icon_cry.gif icon_surprised.gif icon_lol.gif icon_mad.gif icon_sad.gif icon_exclaim.gif icon_question.gif 

Şərh yazmamışdan əvvəl qaydalarla tanış ol!